VirtualBox üzərində virtual maşın yaratmaq

Salam.

Əvvəlki məqalələrdə vituallaşdırma haqqında ümumi məlumat verilib. Bu dəfə Sizə virtuallaşdırma üçün pulsuz olaraq istifadə edə biləcəyimiz VirtualBox üzərində ilkin sazlanmalar haqqında məlumat verəcəm.

VirtualBox klient əməliyyat sistemi üzərində virtuallaşdırma tətbiq edərək müəyyən məsələləri sınaqdan keçirmək, öyrəndiklərimizi praktiki olaraq mənimsəmək üçün istifadə olunur. Virtualboxa alternativ olaraq VMware Workstation, Hyper-V və s. misal göstərmək olar.

 Əgər alternativ olaraq Vmware Workstation istifadə etmək istəyirsinizsə, bu zaman Vmware Workstation məhsulu üçün tələb olunan lisenziyanı əldə etməlisiniz. Lisenziya almazdan əvvəl bir ay sınaq müddəti ərzində məhsulun imkanları ilə tanış ola bilərsiniz. Əgər Windows 8 və ya Windows 8.1 əməliyyat sistemi istifadə edirsinizsə, alternativ olaraq Hyper-V-dən istifadə edə bilərsiniz. Hyper-V üzərində virtual maşın yaratmaq üçün http://www.technet.az/2013/07/30/hyper-v-3-0-da-yeni-virtual-masinin-yaradilmasi/ və http://www.technet.az/2012/08/14/microsoft-hyper-v-vurtual-masinlarin-yaradilmasi-v%C9%99-funksiyalar/ keçidlərindən istifadə edə bilərsiniz.

Bu məqaləmizdə Sizlərə Ubuntu ƏS üzərində Virtualbox qurulması və virtual maşının yaradılması ilə bağlı məlumat verəcəm.

Ubuntu üzərində VirtualBoxu yükləmək üçün ilk əvvəl Ubuntu Software Center-ə daxil oluruq və axtarış sahəsinə virtualbox yazırıq. Axtarışın nəticəsinə uyğun olaraq şəkildəki nəticələr əks olunur. Şəkildə göründüyü kimi VirtualBox seçib İnstall düyməsini klikləyirik. (Windows əməliyyat sistemində istifadə etmək üçün https://www.virtualbox.org/wiki/Downloads keçidindən yükləmək mümkündür.)

01.VirtualboxUSC

VirtualBox qurulması prosesi yekunlaşdıqdan sonra Ctrl+Alt+T düymələrinin köməyi ilə terminalı açırıq və sudo apt-get install dkms əmrini icra edirik. Paket qurulduqdan sonra kompüteri restart edirik.

02.virtualboxdkms

Artıq VirtualBoxdan istifadə edə bilərik. VirtualBoxu açırıq. New düyməsini klikləməklə yeni virtual maşın yaratmağa başlayırıq.

03.Virtualboxfirst

Name and operating system pəncərəsində virtual maşın üçün adı, əməliyyat sisteminin tipini və versiyasını müəyyən edirik.

04.Virtualboxos

Memory size pəncərəsində qeyd olunan virtual maşının istifadə edəcəyi əməli yaddaşın (RAM) həcmi müəyyən olunur. The Recommended memory size bölməsində seçilən əməliyyat sisteminə uyğun olaraq tövsiyyə olunan əməli yaddaşın ölçüsü qeyd olunur. Bu məlumat xarkterlidir. Virtual maşın üçün istədyimiz ölçünü təyin edə bilərik.

05.Virtualboxram

Hard drive pəncərəsində virtual maşın üçün virtual daimi yaddaşa aid sazlanmalar aparılır.Create a virtual hard drive now seçimi ilə yeni virtual sərt disk yaradırıq. Əgər əvvəlcədən yaradılmış virtual sərt disk olarsa, Use an existing virtual hard drive file seçimini təsdiq etməklə lazım olan faylı seçib ondan istifadə edə bilərik.

06.Virtualboxhdd

Hard drive file type pəncərəsində virtual sərt diskin fayl tipi müəyyən olunur. VDI tipi VirtualBox tərəfindən istifadə olunan standart tipdir. VMDK əsasən VMware, VHD isə Microsoft  tərəfindən istifadə olunan tiplərdir. Lakin aşağıda qeyd olunanların hamısı VirtualBox tərəfindən dəstəklənir.  

07.Virtualboxhddftype

Storage on physical hard drive pəncərəsində virtual maşının fiziki sərt diskdə tutacağı yerin hansı tiplə müəyyən olunacağını təyin edirik. Aşağıdakı şəkildən göründüyü kimi burda iki tip mövcuddur – Dynamically allocatedFixed size. 

Fixed size – əvvəlcədən ölçüsü müəyyən olunur və müəyyən olunan ölçü qədər fiziki yaddaşda yer tutur.

Dynamically allocated – qabaqcadan ilkin ölçü təyin olnur. Əlavə yaddaşa ehtiyac yarandıqda virtual yaddaşı genişləndirir. Bunun əsas üstünlüyü istifadə olunmayan yaddaşın boş yerə zəbt edilməməsidir. Nəticədə yaddaşdan daha optimal istifadəyə şərait yaranır.

08.Virtualboxstorage

File location and size pəncərəsində virtual sərt diskin yerləşəcəyi ünvanı və virtual yaddaşın ölçüsünü müəyyən edə bilərik. Heç bir dəyişiklik aparmadıqda default dəyərlər saxlanılır.

09.Virtualboxstoragesize

Create düyməsini klikləyirik və bununla da virtual maşınımız yaradılmış olur.

10.Virtualboxcreate

Virtual maşını ilk dəfə işə saldıqda aşağıdakı pəncərə ilə qarşılaşırıq. İSO faylının yolunu seçərək əməliyyat sistemini qurmağa başlaya bilərik.

11.Virtualboxcreate

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 1 )

    • BlackAngel / . Dərc edilib:A 21/12/2014 at 10:14 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Məlumata görə Təşəkkürlər.
    Virtualizasiyaya toxunmuşkan VMware Workstation 10.0.4 build-2249910
    Fedora 20 -də kernel>=3.17.x işləmir.
    Digər Linux distriblərində də ola bilsin bu problemlə qarşılaşasınız.
    Həlli sadədir kernel 3.16.x -ə rollback etmək və hər şey öz qaydasında olacaq.
    Amma ki,bunun da mənfi cəhətləri var.Vaxtaşırı Linux kernel-lərdə boşluqlar tapılır deyə buna temporal fix deyərdim.Yəqin ki, VMware Workstation kernel 3.17.x compatible update buraxacaq.(Bəlkə də buraxıb artıq yaxın 2 həftə ərzində yoxlamamışam)

Şərh yazın