Sərt disk və Fayl sistemləri (1 yazı)

hd_lables

Salam.Bu günkü dərslikdə sizə sabit disklərin (HDD)üzərində görülən məntiqi əməıiyyatlar,fayl sistemləri, (NTFS,FAT) formatlama,sektorlar,klasterlər və nəyin nə üçün olduğu və nə işə yarayacağı haqda danışacam.Ümumiyyətlə  komputerimizi açdığımızda qarşımıza əsasən C və D hətta E, və sairə sayda disk çıxır.Komputerdən anlayışı olmayan və ya az anlayışı olan (ən azindan komputeri özü format etməyən) birisi ele zenn edər ki,komputerdə bir neçə disk var.Amma bu belə deyil.Əksər hallarda komputerdə bir sərt disk olur,və məntiqi şəkildə iki və daha çox yerə bölünür.Bölünən disklərdən əsasən biri aktiv,digərləri isə adi disk olur.Aktiv disk sistem diski də adlanır və əməliyyat sistemi bu diskdə oturur.Ona görə də,komputer açılan zaman BİOS məhz aktiv diski axtarır.Tapmadığı halda disc boot fealure və s.problemlərlə üzləşə bilərsiniz.Bu adətən aktiv diski zədələdiyiniz və ya MBR sildiyiniz halda baş verə bilər.Son zamanlarda bu problem ən çox ya hard disklərin üzərində olan JUMPER lərin yerini dəyişdirdiyinizdə,komputerinizə yeni ikinci sərt disk qoşduğunuzda,(Bu ATA  interfeysli disklərin qoşulduğu zaman baş verir) sərt disklərinizi 3 cü party proqramlarla böldüyünüzdə və ya noutbukların üstündə gələn recovery diskini ləğv etdiyinizdə qarşılaşarsınız.Vəziyyətdən çıxmaq üçün Jumperin yerini dəyişmisinizsə,onu əvvəlki yerinə qaytarın,Qalan hallarda isə 3 cü party proqramlarla (məsələn Acronis Disc Director) C diskini yenidən yaradın, və onu aktiv disk kimi işarələməyi unutmayın.Bir də məsləhətim budur ki,heç vaxt komputeri bir başa elektrikdən ayırmayın.Çünki,Hard disk üzərində olan iynə (hansı ki məlumatları sərt diskdən o oxuyur) zərblə sərt diskə çırpılır və nəticədə ən yaxşı halda sektor zədələnməsi baş verir.Məlumatınız üçün deyim ki,iynə heç bir zaman hard diskə toxunmamalıdır.O,sərt diskin səthinə çox yaxın olur,amma ona dəymir.Məlumatı isə sərt diskin fırlandığı zaman gelen axından oxuyur.İynənin sərt diskə toxunma halı yalnız komputerin söndürülməsi zamanı baş verir.Amma o bu zaman qayıdıb özü üçün ayrılmış park zonasına gəlir(komputer normal qaydada söndürüldüyü halda).Bu zona məhz bunun üçündür.İndi isə gələk BÖLMƏ məsələsinə.Əslində bölmə əməliyyatı fiziki sabit diskin elektronik şəkildə silindr qruplarına ayrılması deməkdir.Mütəxəssislər bunu PARTİTİONİNG  də adlandırırlar Siz Komputerinizdəki sərt diski C və D diskinə ayıraraq,birini sistem diski kimi istifadə edib,o birində isə öz məlumatlarınızı saxlaya bilərsiniz.Windows əməliyyat sistemi sərt disklər əsasən 2 cür bölünür.

  1. MBR ( Master Boot Record)
  2. Microsoft Dinamik Depolama  Üçün Bölmə Sxemi

Bayaq haqqında söz açdığım MBR “boot sector”adlanır və sabit diskin ilk sektorunda yerləşir.Yuxarıda dediyim kimi,aktiv disk dediyimiz disk məhz MBR in yerləşdiyi diskdir.Yəqin ki komputeri format edənlər disklərin format etapinda 8mb və ya 100 mb üçüncü diski görə bilərlər.Bir də Windows əməliyyat sistemində çoxunuza məlum olmayan disklər ola bilir.Məsələn: Hidden partition və ya swap partition.Bunlar nədir.Hidden partition xüsusən noutbukların üstündə gəlir və recovery diski kimi əməliyyat sistemini bərpa etmək üçündür. Swap partition isə əsasən Linux üçündür. Windows əməliyyat sistemində sadəcə bir fayl kimi olur,və komputerdə RAM yetməzliyi zamanı RAM kimi fəaliyyət göstərməyə başlayır.

sektor

FORMAT nədir?

Format bölmələrin faylları və məlumatları saxlamaq üçün onları,əməliyyat sisteminin anlayacağı və istifadə edə biləcəyi şəkilə(formaya) salmasıdır.Çoxları format etməyi silmək kimi anlayır,amma bu əslində tam da belə deyil.Format fayl sistemini yaradıb,onun oturacağı kataloqu əmələ gətirir.Format məntiqi olaraq fayl depolama cərgəsini əmələ gətirir.Bu fayl sistemi adlanır.Bir çox fayl sistemləri vardır və bu sistemlərin məqsədi disk üzərindəki faylların orqanizə etməkdir.Yəni Ə.Sisteminin disk üzərində faylların izlərini tapmaq üçün istifadə etdiyi bir yöntəmdir.Windowsa aid olan fayl sistemləri bunlardır.FAT,FAT32,NTFS-dir.Bunıar haqqında isə gələn mövzuda danışacam.Əminəm ki, bu hamınlz üçün çox maraqlı olacaq.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Elmir Etibaroğlu

Şərhlər ( 5 )

    • Ümid / . Dərc edilib:A 02/01/2014 at 9:36 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam. Mәlumatlara görә tәşәkkür edirәm. Belә bir sual maraqlandırdı mәni. Bәs xarici hdd-lәri komputerdәn ayıranda da hәmin proses baş verir. Yәni iynәnin sәrt diskә toxunma halı. ? Xarici Hdd -nın fayl sisteminin fat 32 vәya ntfs olmağı onun komputerdәn ayırmağına bir aidiyyatı var ? Әәvәlcәdәn tәşәkkürlәr…

    • Samir / . Dərc edilib:A 02/01/2014 at 10:21 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Çox sağ olun məlumatlara görə

  1. Ümid bəy.Xarici HDD-lər USB portu ilə qoşulduğu üçün (plug and play texnologiyası ilə) komputer onunla USB daşıyıcı kimi davranır.Bir növ də flaş daşıyıcı kimi.Ümumiyyətlə xarici HDD lər (2.5 düyümlük) bir USB nin enerjisi ilə çalışırlar.Yaxşı olar ki ümumiyyətlə hətta flash kartınızı belə komputerdən çıxaranda Aşağı sağ paneldə olan USB ni təhlükəsiz şəkildə çıxarın (bezopasnıe izvleçeniye ustroystv i diskov) ikonuna vuraraq,birinci yaddaşı deaktiv edib,sonra çıxarasınız.

    • Tural / . Dərc edilib:A 02/01/2014 at 5:19 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    Tam men artiq her seyi bilirem deye dusunduyum anda qarsima bele seyler cixir ve anlayiram ki eslinde hec ne bilmirem.Cox sag olsun bu sayt ve bu mellifler

    • Mirza / . Dərc edilib:A 03/01/2014 at 12:03 Səhər
      Səs: 0. Bəyənilsin Zəifdir

    Salam. Cox maraqli movzu idi dusunuremki her kese faydasi olacaq. Ama HDD movzusu artiq duynada kohnelir mumkunse SSD haqqinda da bildiklerinizi paylasardiz. Evvelceden tesekkur.

Şərh yazın