Windows Azure`un Tərkib Hissələri (Execution Models)

Salam Dostlar, keçən məqalələrimizin birində sizə Windows Azure`un tərkib hissələri haqqında danışmışdım. Həmin məqalədə demişdim ki, sizə bu tərkib hissələri haqqında danışacam, İnşAllah. Windows Azure`un tərkib hissələri qeyd olunan şəkili bir daha bura yerləşdirirəm. Daha sonra isə bunlar haqqında bir-bir danışacağıq.

12

İlk öncə “Execution Models” tərkib hissəsinə nəzər salacağıq. Azərbaycan dilində tərcüməsi “İcra etmə modelləri” deməkdir.

introazure2

Virtual Maşınlar:

Windows Azure üzərində virtual maşınlar düzəldə bilərik. Bu virtual maşınların ən əsas üstünlüklərindən biri nə qədər istifadə edirsənsə, o qədər ödəməkdir. Amma virtual maşın düzəltmək üçün hansı VHD`nı istifadə ediriksə onu və virtual maşının həcmini göstərmək lazımdır. Yuxarıdakı şəkildə gördüyünüz kimi virtual maşın düzəltmək üçün Windows Azure özü VHD sərgilər təqdim edir, eyni zamanda istifadəçi özü də virtual maşın qura bilər. Bu sərgilərdə Windows Server 2008 R2, Windows Server 2012, SQL Server var. Hətta bu sərgilərin daxilində Linux da var. Virtual maşınlar üzərində etdiyimiz dəyişiklikləri də yaddaşa verə bilərik. Daha sonra bu VHD`ni başqa yerə köçürdə bilərik və yaxud başqa yerdə də istifadə edə bilərik. Bu virtual maşınlar üzərində biz SQL Server, Sharepoint, Active Directory da qura bilərik.

 

Web Sites:

Windows Azure üzərində biz internet səhifələri qura bilər və istifadə edə bilərik. Windows Azure Web Sites üzərində IIS ilə qurulmuş mövcud internet səhifəsini Windows Azure köçürdə bilərsiniz və ya yenisini qura bilərsiniz. Windows Azure Web Sites həm də proqram inkişaf etdiricilər üçün gözəl təklidir. Baza olaraq siz burada SQL Database, MySQL istifadə edə bilərsiniz. Bundan başqa .NET, PHP, Node.js dəstəyi də var. Eyni zamanda WordPress, Joomla, Drupal üçün də daxili dəstək mövcuddur.

 

Bulud Xidmətləri:

Düşünəlim ki, siz hər hansı bir proqram yazmaq istəyirsiniz, hansı ki, çoxlu insanlar bunu istifadə edəcək. Bəs bu zaman siz VM, Web Sites yoxsa Bulud Xidmətlərini istifadə etməlisiniz? Qısa olaraq bunlara nəzər salaq. Əgər, Web Sites istifadə etsəniz, təbii ki, istədiyiniz proqramı üzərində yazıb, paylaşa bilərsiniz. Amma nəzərə almaq lazımdır ki, tam olaraq idarəedici olmayacqsınız, yəni ürəyiniz istədiyi kimi proqramlar yaza bilməyəcəksiniz. Deyəlim ki, siz VM seçdiniz və qərara aldınız ki, bu məqsədlər üçün virtual maşın istifadə edəsiniz. İlk öncə onu deyim ki, əgər, VM istifadə etsəniz, sizin istədiyiniz hər bir şeyə sahib olacaqsınız, istədiyiniz proqramı yaza biləcəksiniz, sərbəst ola biləcəksiniz, eyni zamanda bütün idarəetmə sizin əlinizdə olacaq. Amma gərək təhlükəsizliklə bağlı tədbirləri siz özünüz görəsiniz. Ancaq bizə lazım olan isə təkcə proqram yazmaq və bizə lazım olan idarəetməni bizə təqdim edən, eyni zamanda təhlükəsizlik kimi məsələlərlə biz məşğul olmaq istəmirik. Bu zaman bizə lazım olan isə Windows Azure`un Bulud Xidməti adlanan modelidir. Əgər, bunu istifadə etsək, bizə lazım olan idarəetmə, təhlükəsizlik kimi məsələlər tamamilə Windows Azure tərəfindən həll olunacaq. Eyni zamanda biz burada C#, Java, PHP, Python, Node.js və ya istədiyiniz başqa dili də istifadə edə bilərsiniz. Şəkildən gördüyünüz kimi Bulud Xidmətləri iki rol istifadə edir. Əslində bir çox hallarda bunların hər ikisi də istifadə olunur. Nümunə üçün deyə bilərik ki, Web Roles müəyyən sorğuları qəbul edir, ancaq bunların işlənməsini Worker Roles həyata keçirdir.

Bu məqaləmizdə yuxarıda sadalanan tərkib hissələrindən ancaq birinə baxdıq. Artıq gördüyünüz kimi ard-arda Bulud Texnologiyasına aid məqalələr yazmağa başlamışıq. Növbəti məqalələrdə isə Windows Azure`un digər tərkib hissələri haqqında danışacağıq, İnşAllah.

Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın