HP Proliant Gen8 serverlərində İntelligent Provisioning ilə əməliyyat sisteminin yazılması
HP Proliant Gen8 serverlərində İntelligent Provisioning texnologiyasl ilə əməliyyat sisteminin yazılması
Əziz izləyicilər bu məqalədə Sizlərə yeni nəsil proliant serverlər ilə birlikdə gələn İntelligent Provisioning texnologiyasını izah etməyə çalışacam.
İntelligent Provisioning – əməliyyat sisteminin yazılması və hardware səviyyəsində diaqnostik işlər görmək üçün nəzərdə tutulmuşdur.Mən server üzərinə MS Server 2012 R2 əməliyyat sistemini yazmağa çalışacam.
Server üzərində Power düyməsini sıxırıq.
Aşağıdakı şəkilə qədər gözləyirik
F10 İntelligent Provisioning – düyməsini sıxırıq.
F10 düyməsini sıxdıqdan sonra aşağıdakı pəncərə ilə rastlaşırıq. 4 addımla davam edirik
- Hardware setting
- OS Selection
- OS Information
- Review
Hardware setting – bu bölmədə aşağıdakı kimi sazlamalar edirik:
System Software Update – bu bölmədə sistemlə bağlı update-lərin yüklənməsi seçimini edirik
Array Configuration – bu bölməsi RAİD-lə bağlı seçim edirik.
OS Selection – bu bölmədə yükləyəcəyimiz əməliyyat sistemi ilə bağlı məlumatları daxil edirik.
OS Family – bu bölmədə yüklədiyimiz əməliyyat sisteminin hansı ailədən olduğunu seçirik
İnstall Method – bu bölmədə yukləmə metodunu müəyyən edirik.Mən HP-nin müəyyən etdiyi metodu seçirəm.
Source Media Type – Bu bölmədə əməliyyat seçiminin hardan yüklənməsini müəyyən edirik. Mən disk vasitəsilə əməliyyat sistemini yukləyəcəm.
OS Information – bu bölmədə yüklədiyimiz əməliyyat sistemi barədə məlumatlara baxırıq və Microsoftdan əldə etdiyimiz Product key-i daxil edirik.
Review – bu mərhələ artıq bütün mərhələlərin uğurla başa çatdıqını və əməliyyat sisteminin yüklənməsinə hazır olduğumuzu görürük.
Əməliyyat sistemini yükləmə başlayırıq
Bu mərhələyə qədər sistem bütün işi özü görür.Yalniz bu mərhələdə bizim müdaxiləmiz tələb olunur.burada 2 seçim var
1. Core installation – qrafik interfeysi olmayan əməliyyat sistemi
2. Server with GUI – qrafik interfeysli yani gündəlikdə istifadə etdiyimiz əməliyyat sistemi. Mən ikinci seçimi edəcəm
Bu seçimdən sonra artıq bizim müdaxiləmiz olmadan əməliyyat sistemi yüklənəcəkdir.
Müəllif: Cəmil Heydərov