Windows Online Backup nədir?

Online Backup
Salam dostlar. Windows server 2012 ilə gələn yeniliklərdən biri də, Microsoft Windows Online Backup digər adı ilə desək, Microsoft Cloud Base Backup’dır. Online backup ilə biz, serverimizdəki fayl və qovluqları, bir agent vasitəsi ilə Microsoftun Cloud (Bulud) platformasına backup`laya biləcəyik. Bu vasitə ilə biz, backup`larımızı uzaq bir location`a (coğrafi uzaqlığa), Off-Site Backup edə biləcəyik.

Azure online backup schema

Windows Online Backup`ın bəzi özəlliklərindən bəhs edək.

Incremental Backup:
Windows Online Backup ilə fayl və qovluqlarımızı bir dəfə full olaraq backup aldıqdan sonra, daha sonrakı backup alma əməliyyatını, blok əsasında, sadəcə dəyişikliyə məruz qalmış faylları transfer edərək backup`laya biləcəyik. Bu üsulla bir dəfə backup aldıqdan sonra, sadəcə dəyişən dataları bakup`ladığımız üçün çok daha az data göndərmiş olacıyıq həm bandwith`imizi daha effektiv istifadə edəcəyik həm də backup`lama müddətimiz daha az çəkəcək.

Sıxıştırma, Şifrələmə və Bandwith Limit təyin etmək:
Windows Online Backup ilə backupladığımız datalar sıxıştıralaq göndəriləcək. Bu üsulla biz, daha az data upload edəcəyik və daha az bandwith istifadə edəcəyik. Microsoft Online Backup – backupladığımız data`ları https üzərindən göndərir və bundan başqa backupladığımız datalar Microsoft serverlərində şifrəli bir şəkildə saxlanılır. Bu üsulla datalarımız Microsoft Server`lərində bizdən başqa heç kəsin istifadə edə bilməyəcəyi şəkildə saxlanır. Bu şifrləmə əməliyyatı backup alan zaman, minimum 14 simvoldan ibarət Passpharse daxil edərək, həyata keçirilir. Aldığımız Backup`ı restore etmək istəsək, bu şifrədən istifadə etməliyik. Əgər bu şifrəni itirmiş olsaq, Microsoftun faylları bizə retore etmə ya da kömək etmək kimi bir imkanı olmayacaq.

Data Integrity Control:
Backup`larımızı internet üzərindən göndəririk və bu göndərmə zamanı internetdə hər hansı bir kəsilmə (qırılma) olarsa, göndərilən datalardan hər hansı bir paketi itmiş olarsa corruption baş verə bilər. Bax bu cür problemlərin olmaması üçün backup almaq istədiyimiz datalar ilə Server`ə göndərilən datalar verify (yoxlanılır) edilir. Buna görə də restore zamanı hər hansı bir qeyri hadisə ilə qarşılaşmayacağıq.

Retention Time: Aldığımız baclup`ların server üzərində neçə gün saxlayacağımızı təyin edə biləcəyik. Bu üsulla müəyyən etdiyimiz gün və storage limitimizin tuta biləcəyi qədər, bir data version history saxlaya biləcəyik.

Windows Online Backup ilə hələlik sadəcə fayl və qovluqların backup`ını ala bilirik. System State backup`ı ala bilmirik.
Windows Online backup’ın bəzi fayl formatlarının backup ala bilib-bilməyəcəyini və bu fayllara uyğun olaraq, göstərdiyi reaksiyalara bu linkdən baxa bilərsiniz.

Əziz dostlar. Bu məqaləmizin də sonun gəldik, yararlı olması ümidi ilə…

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərhlər ( 1 )

    • rustam / . Dərc edilib:A 27/12/2013 at 9:06 Axşam
      Səs: 0. Bəyənilsin Zəifdir

    cox saqolun.

Şərh yazın