Universal Adaptor standartları təsdiqləndi
Beynəlxalq elektrotexnika komissiyası (BEK) bu həftə müxtəlif modellərdən olan noutbuklar üçün uyğun olacaq universal adapterlərin standartlarını təsdiqlədi. Yəqin ki, bu bir çoxlarının başına gəlib. Müxtəlif istehsalçıların interfeysləri bir- birinə uyğun gəlmir, buna görə də çox vaxt adapter itdiyi zaman laptopları da onların ardınca zibilə atırıq.
Buna görə də hər il dünya zibilxanalarında yarım milyona qədər belə yararsız texnikalara rast gəlmək olur. BEK ümid edir ki, vahid standartın qoyulması nəhayətdə elektron tullantıların miqdarını azaldacaq.
Büro saytında nəşr olunmuş 62700 sənaye təsnifatında, adapterin bütün xüsusiyyətləri nəzərə alınır – ətraf mühitə olan təsiri, ölçüləri, təhlükəsizlik və s. İdeyanı irəli sürənlər bir neçə il bundan qabaq micro USB interfeysi ilə bütün mobil qurğulara uyğun gələn adapter kimi bunun da qısa bir zamanda bəyəniləcəyinə və bütün dünyaya tez yayılacağına ümid edirlər. Universal adapterlərin satışı artıq 2014 – cü ildən başlayacaq.