Vmware Workstation-da şəbəkə sazlamaları
Salam Əziz izləyicilər. Bu günki məqaləmdə sizlərə Vmware workstationda şəbəkə sazlamalarını izah etməyə çalışacam.
Burada 5 ədəd şəbəkə sazlanması mövcuddur. Şəkildə haşiyələnmiş seçimlərə diqqət edin. Bir-bir açıqlayaq.
- Bridge – bu seçimi etdikdə virtual kompyuter (gələcəkdə bunu VK ilə əvəz edəcəyik) fiziki kompyuterin (gələcəkdə bunu FK ilə əvəz edəcəyik) şəbəkə kartı üzərindən işləyir. Qəbul etsək ki, biz şəbəkəyə router vasitəsilə qoşuluruqsa bu zaman fk və vk eyni şəbəkədə olacaqlar.
Bu seçimin işləməsi üçün Edit -> Virtual Network Editor-da şəkildəki kimi sazlamalar olmalıdır.
Bridge menyusunda Replicate physical network connection state seçimidə var. Bu seçim aktiv olduqda şəbəkə kartı dəyişdikdə(məsələn kompyuter əvvəl wifi ilə sonra isə LAN kabel )VK-in şəbəkə kartı avtomatik ip alacaqdır. Əlbətdəki Edit -> Virtual Network Editor – Automatic seçimi olmalıdır.
2. NAT-Bu bizim əvvəlcədən bildiyimiz NAT-dan heçnə ilə fərqlənmir. Yəni necəki internetə çıxarkən extarnalda public IP-miz ilə tanınırıqsa burada həmçinin. Daha dəqiq desəm Vmware virtual maşınlara öz DHCP-dən IP paylayır. Bu seçimin işləməsi üçün Edit -> Virtual Network Editor-da aşağıdakı kimi sazlamalar olmalıdır.
Yuxarıdakı şəklə diqqət yetirsək görəcəyik VK digər DHCP-dən yəni Vmwarenin özündən IP alır.
3. Host only – Bu seçimi VK ilə FK arasında virtual şəbəkə qurduqda istifadə edilir.
4. Custom – Burada VmNet0-dan VmNet9-a qədər şəbəkə sazlamaları mövcuddur. Bunlardan 3-ü VmNet0–bridge, VmNet1–host only, VmNet8-NAT uyğundur. Digərləri isə boşdur. Yəni VM-lar arasında şəbəkə yaratmaq üçün istifadə etmək olar.
5. LAN segment – Bu bölmədə biz sonsuz sayda şəbəkələr yaratmaq imkanımız var. Bu seçim daxilində VK-nın digər şəbəkələrə çıxışı olmayacaq.
Müəllif: Cəmil Heydərov