Facebook məlumatlarımızdan istifadə edəcək

Hazırda Facebook öz istifadəçilərinin fotoları, digər səhifələrdə özlərini aparmaları və “layk” larının analiz edərək  istifadəçiləri haqqında daha çox məlumat ala biləcəkləri üstün alqoritmlərin hazırlanması üzərində çalışır. Istifadəçinin hansı paltarları sevdiyini, həftədə neçə dəfə pivə içdiyini və ya ən çox hansı məkanlarda olduğunu anladıqdan sonra sosial şəbəkə istifadəçinin xəbər lentində ona uyğun reklam və xəbərlər yerləşdirəcək. Yaradılacaq yeni sistem üzərində Facebook sosial şəbəkəsinin bu ilin dekabr ayında öz işçi sıralarına qəbul etdiyi, avtomobil sahəsi üzrə mütəxəssis, kompüter və mobil robot texnikası üzrə ekspert AI Group komandasının rəhbəri Yann Lecundur.  Nyu-York universitetinin gənc aliminin fikrincə, hazırda təsadüfi informasiya yığınına bənzəyən xəbər lentini “ağıllı sistem” lər vasitəsilə yoluna qoyula bilər.

Facebook yaradıcısı və sahibi Zukerberg:

Bizim istifadəçilərə nəyin maraqlı olduğunu anlamaq istəyirik istəyirik.

Lecunun 2014-cü il yanvar ayından başçılıq edəcəyi təcrübə laboratoriyası  geniş sahəli süni intellektin öyrənilməsi ilə məşğul olacaq.  Facebookun yeni Artificial Intelligence Group ofisləri Menlo- Park (ABŞ, Kaliforniya), LondonNyu-Yorkda institutun kampusu yaxınlığında yerləşəcək.   Süni  intellekti olan kompüterlərə insan kimi düşünməyi də öyrədəcək. Misal üçün 2011-ci ildə Amerikada televiziya verlişlərindən birində “Jeopardy” intelektual  oyununda insanlar üzərində qələbə qazanmağı bacaran Watson super kompüterlərini misal göstərmək olar.

Watson_Jeopardy

Ceyms Xandlerin fikrincə, Renseller Texniki İnstitutunda hələlik istifadə olunmasa belə, süni intelekt sayəsində artıq Facebook–da bir çox dəyişikliklər edə biləcək və video və şəkillərə tətbiq oluna biləcək nəticələr əldə olunub.  Amma Xandlerin fikrincə, sosial şəbəkələrdə gələcəkdə foto ilə axtarış aparmaq imkanı da yarana bilər. Bundan əlavə istifadəçilərin aktiv olduqları digər saytların da siyahısı göstəriləcək.

Müəllif: TechNet Bot

Şərh yazın