Beynəlxalq internet trafikinin yarısından çoxunu botlar əmələ gətirir

Gün ərzində dünyanın istənilən yerlərindən milyardlarla insan  müxtəlif saytlara baş çəkməklə, proqram yükləməklə, musiqiyə qulaq asmaq və ya filmə baxmaqla, oyun oynamaqla böyük ölçüdə internet traffik yükləmiş olurlar.  Amma Incaplsula şirkətinin verdiyi məlumata görə ötürülən məlumatlar sahəsində dünya üzrə bu prosesdə “insan” faktorunun çəkisi cəmi 40 % – dir. 

Incaplsula şirkəti bildirir ki, 2013 – cü ildə müxtəlif şəbəkə robotları tərəfindən əmələ gələn internet – traffikin həcmi 61, 5% təşkil edib. Qeyd edək ki, keçən il bu göstərici 51 % idi. Amma şirkətin nümayəndələri bildirirlər ki, bu il traffikin göstəricisi “zərərsiz” robotlar, yəni  məsələn, saytlara tez–tez indeksləşdirmə üçün baş çəkən axtarış sistemləri hesabına daha da artıb. Axtarış sistemlərinin payına ümum şəbəkədə ötürülən məlumatların 31 % -i düşür. Yaranan trafikin həcminə görə ikinci yer özlərini insan kimi qələmə vermək istəyən robotların  ( DDoS agentlər, şəbəkə casusları və viruslu brauzerlər)  payına düşür. Şəbəkənin ən böyük payını isə skreyperlər adlanan yəni müxtəlif materiallar əldə etmək və saytların dublikatını çıxarmaq üçün fəaliyyət göstərən botların payına düşür.

Onu da qeyd etmək lazımdır ki, spam botların sayı 2012- ci ildə 2%, 2013 – cü ildə isə 0,5 % -ə qədər azalıb. Bütün bu göstəricilərə  Google–un  Penguin alqoritmi sayəsində nail olmaq mümkün olmuşdur.

Məlumatlar ınyığılması üç ay müddətində davam edib və bu müddət ərzində 20000 sayta edilən 1,5 milyard bot səfəri üzərində araşdırma aparılıb.

 

Müəllif: TechNet Bot

Şərh yazın