Google Robot İstehsal edəcək
The New York Times qəzetinin verdiyi məlumata görə Google robot istehsalı üzrə ixtisaslaşmış mühəndislik şirkəti Boston Dynamics-i(wiki) də alıb. Massaçusets ştatının Waltham şəhərində yerləşən Boston Dynamics inanılmaz dərəcədə ideal tarazlığa sahib robot istehsal edə bilən şirkət kimi ad qazanıb. Bundan əlavə Boston Dynamics dünyanın ən sürətli robotu olan Cheetah–ı də yaradıb. Daha aydın olsun deyə qeyd edək ki, Cheetah dünyanın ən sürətli adamı Hüseyn Boltdan belə daha sürətlidir.
Boston Dynamics son il yarım ərzində bu Google şirkətinin robot istehsalı ilə məşğul olan və aldığı sayca səkkizinci şirkətdir. İnternet nəhənginin rəhbərliyi sözsüz ki, yığdıqları bu kolleksiya ilə sonda nə edəcəklərini bilirlər. Son məlumatlara əsasən, Android əməliyyat sisteminin yaradıcısı və inkişaf etdirən Endi Rubin bu layihəni tərk edib və tezliklə Google şirkətinin robot texnologiyası bölməsində çox böyük işlər görəcək.
NYT – nın məlumatına görə əslində Boston Dynamics şirkətinin alınması birbaşa olaraq Google şirkətinin hər şeyi özü bacaracaq yeni avtomatlaşdırılmış sistem yaratmaq istədiyinin əsas və bariz göstəricisidir. Evlərimizin təmizlənməsi, qocalara qulluqdan başlayıb məktubların gətirliməsinə qədər bütün işləri bura daxil etmək olar.
Elə buradaca qeyd edək ki, Boston Dynamics şirkətinin əsası 1992-ci ildə Massaçusets Texniki İnstitutun keçmiş professoru Mark Raybert tərəfindən qoyulub. Əslində şirkət robotların gəlir əldə etmək üçün satılması ilə deyil, texnologiyanın inkişafına dəstək vermək məqsədi ilə işlər görür. Şirkətin ən məşhur robotları sırasına BigDog, Cheetah (və onun daha işlənmiş modeli WildCat), PETMAN və Atlas kimi robotlar aiddir. Bundan əlavə daha əvvəl şirkət Sony şirkətinə bazar üçün istifadə olunan robotlar üçün məsləhətçi ekspert rolunda çıxış edirdi. Bu robotlar siyahısında robotlaşdırılmış it -Aibo da daxildir. Boston Dynamics tarixinin maraqlı faktlarından biri də bir zamanlar Pentaqon və DARPA üçün belə sifarişlər yerinə yetirməsi olub. Amma The New York Times məlumatına görə, hər iki şirkət arasında imzalanmış razılığa əsasən gələcəkdə də Boston Dynamics hərbi texnologiya istehsalında iştirak etməyəcək.