Səs dalğaları ilə ötürülən VİRUS hazırlanır

Əvvələr kompüteri xarici təsirlərdən(hücum, virus, trojan və s.) tamamilə qorumaq üçün onu ümumi şəbəkədən tamamilə ayırmaq lazım idi. Artıq bu tədbirlər kompüteri  bədxahlardan qoruya bilməyəcək. Çünki  Fraunhofer Institutun mütəxəssisləri mikrofon vasitəsi ilə yoluxan və dinamiklərdən özünü yaya bilən virusun prototipini hazılayıblar.

Kompüter mütəxəssisləri Michael HanspachMichael Goetz təcrübəni bir-birinə mikrofonlar və dinamiklər vasitəsilə bağlanan bağlı akustik şəbəkəyə qoşulan 5 kompüter üzərində aparırlar. Gizmag.com məlumatlarına görə nəticədə bu şəbəkədə informasiya 20 metr məsafədən, 20 Ghz tezliklə, saniyədə 20 bit sürətlə ötürülmüşdür.

Şəbəkənin yaradılması üçün xüsusi olaraq sualtı kommunikasiyalar üçün nəzərdə tutulmuş GUWMANET protokolundan istifadə edirlər. Əlbəttə ki, bu sürətlə mütəxəssislər böyük fayl ələ keçirə bilməsələr də, amma şəbəkədən bir neçə şifrə oğurlamağa hər halda nail ola bilirlər. Gələcəkdə məlumatları daha da yaxşı qorumaq üçün xətli filtr (bandpass filtr ) vasitəsilə xüsusi akustik filtrlənmə tətbiq olunacaq.  Hələlik, oxuduğumuz yoluxma halları ilə bağlı heç bir təlaşa gərək yoxdur. Yəqin ki, uzun müddət akustik yolla virusun yayılması problemi aktual olmayacaq. Amma müəyyən müddət sonra həyəcan təbili çalmaq qaçınılmaz olacaq.

Şərh yazın