GPO ilə Outlookda fayl tipinə qadağa qoymaq

Salam Əziz izləyicilər. Bu məqalədə sizlərə domen daxilində olan istifadəçilərə group policy vasitəsilə Outlook-da hər hansı fayl tipinin göndərilməsinin qarşısını almaqı izah etməyə çalışacam. Bunu etməkdə bir çox səbəblərimiz ola bilər, təhlükəsizlik, sistemin sürətli işləməsini təmin etmək və s.

Keçək praktikaya:

image001

Domen daxilində bir ədəd DC (Domain controller) var. Test üçün office 2010-dan istifadə edəcəyik.

İlk öncə Administrative Template files (ADM, ADMX/ADML) and Office Customization Tool bu linkdən yükləyirik; http://www.microsoft.com/en-us/download/details.aspx?id=18968

Domain Controller üzərinde C:\Windows\SYSVOL\sysvol\technet.local\Policies qovluq altına Policy Definitions adında bir qovluq açırıq və yüklənən ADMX qovluğundakı faylları Policy Definitions qovluğuna copy edirik.

gpo-file-type-block

GPO-nu tətbiq edəcəyimiz OU yaradırıq. Mən GPO-nu technet-test adlı OU(Organizational Unit)-a tətbiq edəcəyəm.

gpo-file-type-block2

Group Policy Management daxil oluruq. Tətbiq edəcəyimiz OU yani technet-test üçün GPO yaradırıq.GPO-nin adı mp3 block olacaqdır.

gpo-file-type-block3

mp3 block -> edit -> user configuration -> policies -> Administrative Templates -> Microsoft Outlook 2010 -> Security -> Security Form setting -> Outlook Security Mode və nəhayət Use Outlook Security Group Policy seçirik.

gpo-file-type-block4

Bu addımlardan sonra şəkildəki bölmələrə mp3 genişlənməsini daxil edirik.

gpo-file-type-block5

Aşağıdakı şəkildə qırmızı ilə göstərilən bölmələrə hər birini açaraq Additional Extensions-a qadağa tətbiq etmək istıdiyiniz faylın genişlənməsini yazırıq. Mənim vəziyyətimdə mp3.

gpo-file-type-block6

Bütün bunları etdikdən sonra GPO-nu tətbiq edəcəyimiz istifadəçilər öz aralarında mp3 genişlənməli faylları bir birilərinə göndərə bilməyəcəklər.

gpo-file-type-block7

Burada əgər biz YES seçimi etsək belə GPO tətbiq etdiyimiz outlook istifadəçisi mp3 genisşlənməli faylı qəbul edə bilməyəcək.

gpo-file-type-block8

 

Növbəti məqalələrdə görüşmək ümüdi ilə.

Müəllif: Cəmil Heydərov

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Cemil Heyderov

Şərh yazın