Fujitsu Celsius H730 – Vein Authentication

Yapon şirkəti Fujitsu dünyada ilk dəfə əldəki damarların şəkli ilə autentifikasiya(vein authentication) edə bilən sensorla təmin olunmuş Celsius H730 notbukunu istehsal edib. Artıq şifrə yazmağa ehtiyac qalmır, sadəcə əlinizi noutbukun üzərində müvafiq hissəyə yaxınlaşdırıb, ovucunuzun içinin infraqırmızı şüalanmasını daha sonra skanerlə rəngi tündləşmiş və gözlə də rahat görülə bilən damarlarınızın skanlanmasını gözləyəcəksiniz. Bur bir neçə saniyə çəkən prosesdə cihaz sizin bu biometrik məlumatlarınız əsasında kilidi açıb sizi sistemə buraxacaq. İnsanlarda barmaq izləri təkrarlanmadığı kimi ovucdakı damarların quruluşu və yerləşməsi də eyni deyil. Məhz bundan istifadə edib bu cür təhlükəsizlik imkanını noutbuklarda istifadəyə veriblər. Noutbuklarda yeni tətbiq olunsa da, bu sistem banklarda və qorunan digər xüsusi müəssisələrdə istfadə edilirdi.

palm-secure-vein-tech

Fujitsunun bu texnika ilə işləyən qurğularının sayı daha çoxdur, meydana gələn yeni üsula isə şirkətdə PalmSecure(pdf kitab yüklə) adı veriblər. PalmSecure istifadəsi zamanı səhv ehtimalı cüzi 0, 0008% yəni hətta yox səviyyəsindədir.

vein authentication

Qeyri adi sensorla yanaşı Fujitsu Celsius H730 notbuku 15 düyümlük ekran, 3,3 GHz tezlikli Intel i7 vPro (Haswell) prosessoru, 32 Gbayt operativ yaddaş, məlumat daşıyıcı qismində SSD və ya hibrid HDD, videokart  NVDIA Quadro, üç dənə USB 3.0 port, WLAN, 3G/4G modul  və Bluetooth ilə təchiz olunub. Laptop disklərin qorunmasını təmin edən ShockSensor texnologiyasına da sahibdir. Celsius H730 klaviaturası isə  nəm çəkməyə qarşı davamlıdır.

Şərh yazın