Yaponlar Ayda günəş elektrostansiyası tikmək istəyir

Yapon mühəndis və memarlıq şirkəti Shimizu Corporation planetimizin peyki ilə bağlı gələcəyə dair ağlasığmaz planlar qurur. Məsələ ondadır ki, nə qədər maraqlı və inanılmaz səslənsə də, şirkət gələcəkdə Ayda günəş enerjisi toplayan böyük bir fabrik tikmək və hətta gələcəkdə topladığı o enerjini Yer üzərinə göndərmək fikrindədir.

luna_img003

Şirkətin ictimaiyyətə verdiyi məlumata əsasən, Ayda nəzərdə tutulan layihə baş tutduqdan və tikinti bitdikdən sonra ortaya çıxmış nəticə bizim planetimizin peykini əhatə edən ekvator xəttini xatırladacaq.  Shimizu Corporation bildirir ki, “qurşaq” ın uzunluğu 10943 km,  eni isə 402 km olacaq. Ölçülərini nəzərə alaraq yeni yaradılan bu nəhəngin adı Ay üzüyü(Luna Ring) olacaq və mütəxəssislərin fikrincə, təxmini 13 min teravatt enerji istehsal edəcək. Daha sonralar isə Ayda əldə edilmiş enerji Yerə göndəriləcək və həmin enerji Yerdəki yaradılmış xüsusi stansiyalar vasitəsilə qəbul edilərək daha sonra evlərə, binalara ötürülərək insanların enerjiyə olan tələbatını ödəyəcək.

luna_img004

Shimizu Corporation”  nümayəndələri bildirirlər ki, Luna Ring kimi qurğunun Ay üzərində yerləşdirilməsi onu pis hava şəraitindən qoruyacaq (düzdür, mikro asteroidlərlə necə mübarizə aparılacağı bildirilmir) və Yer üzərində qurulmuş Günəş panellərindən çox daha effektiv olacaq. Bundan əlavə sistem 7 gün 24 saat ərzində enerji istehsal etmə qabiliyyətinə malik olacaq.

Shimizu Corporation” un rəsmi internet saytında layihə ilə bağlı belə yazılır: “ Bəlkə də, bu gün bütün insanlığın ən böyük arzusu təmiz və təbii enerji ehtiyatının sonsuz imkanlarından istifadə edə bilməkdir. Luna Ring  yəni günəş elektrik stansiyası layihəsi insanların bu arzusunu ən yeni kosmik cihazlar vasitəsilə yerinə yetirə bilmək imkanındadır.”

luna_img009

Lunar Beltin konstruksiyası

1. Günəş panelləri
Elektrik enerjisinin əmələ gəlməsinin fasiləsizliyini təmin etmək üçün panellər Ayın ekvatoru boyunca təqribən düzüləcək 11000 km uzunluqda və 400 km enində. Bu kənardan baxanda kəmər və ya üzüyü xatırladacaq.  
2. Elektrik kabelləri
Kabellərlə panellərdə toplanan enerji ötürücülərə göndəriləcək. 
3. Mikrodalğa ilə enerji ötürücü antenalar
20km diametri olan antenalar vasitəsi ilə enerji yerdəki qəbul edici antenalara ötürüləcək. 
4. Lazer ötürücülər
5. Ekvator boyunca hərəkət istiqaməti
6. Günəş panellərini hazırlayan və döşəyən eyni zamanda hərəkət edən fabriklər

Şərh yazın