Transformer təkər icad olundu
Heç bilirsinizmi, dizayner və mühəndislər arasında belə bir fikir var ki, təkəri yenidən icad etmək havayıdan vaxt itirmək və mənasız bir məşğuliyyətdir. Bəziləri belə fikirləşsə də, istisnalar var! Bu fikirlərlə razı olmayanlar sırasında – Dünkan Fitssimmonsanın təkər ixtirasına başqa bir yöndən yanaşması bir inqilab hesab edilməsə də, yəqin ki, sənaye sayəsində önəmli yenilik olacaq.
Fitssimmonsa tərəfindən Morph əlil arabaları üçün ixtira olunan təkər kiçik bir əl hərəkəti ilə olduğu ölçüdən iki dəfə daha balaca ölçüyə düşə bilir. Bu fakt dünyanın müxtəlif nöqtələrində çox müxtəlif səbəblərdən əlil arabasına məhkum olmuş 65 milyon insanın köməyinə çataraq onlara sərbəstlik bəxş edə bilər.
Məlum olduğu kimi, əngəlli insanların istifadə etdiyi arabaların təkərlərin ölçüləri çox zaman bu insanlarda hərəkətlə bağlı bəzi baryerlər yaradır. Təkərin böyük ölçülərdən kiçik ölçülərə transformasiya etmək bacarığı artıq əlil insanlara böyük təkərli arabaların mümkün olan bütün imkanlarından istifadə etmək şansı yaradır. “Qatlanan” təkərin ixtiraçısının sözlərinə görə isə onun təklif etdiyi bu yenilik əlil insanlara bir yerdən digər yerə getmək üçün artıq daha mobil olmağa və daha mobil nəqliyyat vasitələrindən- avtomobil, qatar, təyyarə və s. istifadə etməyə imkan yaradır. Çünki qurğu yığılaraq daha mobil bir hal ala bilir.
“Motivation” xeyriyyə cəmiyyətinin yaradıcısı Devid Konstantin isə bildirir ki, Morph arabaları həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrdə yaşayan qüsurlu insanlara kömək edə bilər.
“Mən bu alətin müxtəlif yönlü istifadəsini təsəvvür edirəm. İnkişaf etmiş ölkələrdə – avtomobil baqajları, təyyarələrdə balaca dolablar və daha balaca məkanlara siz özünüzün artıq çox daha kompakt olan arabanızı yerləşdirə bilərsiniz. Inkişafda olan ölkələrdə isə bəzən olur ki, bir neçə insan bir otaqda yaşamaq məcburiyyətində qalır. Həmin ailələrdə bu təkər əlil arabasına daha çox yer tutmamaq və digər ailə üzvlərinə maneə olmamaqda çox böyük dəstək olacaq. ”
Morph arabası dünyanın müxtəlif ölkələrində o cümlədən 2013- cü ildə London Dizayn Muzeyi tərəfindən “Nəqliyyat ” kateqoriyasında, “Popular Science” tərəfindən isə sağlamlıq kateqoriyasında “Ən yaxşı yenilik 2013” mükafatına layiq görülüb.