Smartfonla İdarə edilən kağız təyyarə

Oriqami – əsl incəsənətdir. İdeal aerodinamik xüsusiyyətlərə malik təyyarə düzəltməyin bir təhər öhdəsindən gəlsək də biz onu uçurtduqdan sonra idarə edə bilmirdik. Amma PowerUp 3.0 adlı bir cihazla artıq bu arzu reallığa çevriləcək.

Bu cihaz miniatür moduldur hansı ki, o kağızdan təyyarəyə birləşdirilir. Bu cihaz təyyarəyə səmada uçmağa imkan yaradan pərvanə və batareyadan ibarətdir.

Beləliklə kağız təyyarəmiz Bluetooth vasitəsilə  iPhone, iPod və ya digər iPada yazılan proqram (app) vasitəsilə idarə olunur.  Proqramın  ekranında havada təyyarənin hündürlüyünü tənzimləyən qol (rıçak) var.  iPhone, iPod və ya iPad –ı sağa-sola çevirməklə təyyarənin uçuş istiqamətini tənzimləmək olar. Qurğunun batareyası əlavə enerji yığmadan 10 dəqiqə havada uçmağa imkan yaradır.  Təyyarənizi USB vasitəsilə yenidən enerji ilə “doldurmaq” olar.  Cihaz özü isə karbon liflərindən hazırlanmış korpus sayəsində dəyən zərbələrdən tamamilə qorunur.

http://www.youtube.com/watch?v=2CPV0HwNgF4

Hazırda texnikanın yaradıcıları Kickstarter üzərində onu ictimaiyyətə təqdim edə bilmək üçün pul yığırlar. Xatırladaq ki, layihənin reallaşması üçün öncədən 50 min dollarlıq sifariş olmalıdır. Hazırda isə gözlənilən sifarişlərin miqdarı artıq 283 min dolları ötüb keçib. PowerUp 3.0 baza konfiqurasiyası isə 40 dollar(31.4 AZN) başa gələcək.

Bu yenilik həm valideynlər, həm də balaca uşaqlar üçün əvəzsiz hədiyyə olacaq. Çünki bu yeni möcüzə uşağınızın çox xoşuna gələcək bir neçə saatlığa tam məşğul edəcək. Bundan əlavə sifarişçilər artıq indidən qurğuya yeni funksiyalar da fikirləşiblər, məsələn ofislərin bir tərəfindən digər tərəfində sənəd daşıması və s.

Şərh yazın