Toyota və Microsoftun yeni ağıllı avtomobili
Yaponiya avtomobil şirkəti Toyota özünün Los-Angelsdəki iqamətgahında Microsoft şirkətinin araşdırma qrupu ilə birlikdə işləmiş olduqları DAR-V avtomobilinin prototipini nümayişə çıxardı. Yeni yaradılmış avtomobildə sürücünün diqqətini yoldan yayındıracaq bütün əlavələr minimuma endirilib.
http://www.youtube.com/watch?v=IpW7KH2PJ38
DAR-V -nin (Driver Awareness Research Vehicle) Sienna mikroavtobusu bazası əsasında toplanmış tədqiqat modelində sükan arxasına oturmamışdan öncə sürücünün diqqətini ən vacib detallara çəkəcək ən son interaktiv sistemdən istifadə olunub.
Kinect sensoru avtomatik olaraq avtomobilə sahibinin yaxınlaşdığını görüncə obyektə verəcəyi informasiyanı hazırlayaraq, avtomobilin yan pəncərəsinə verir.
Bu məlumat hava haqqında , yollardakı vəziyyət, qərara alınmış görüşlər və ya avtomobilin vəziyyəti haqqında ola bilər. Automotive Business Review jurnalının verdiyi məlumata görə, sistemə nəzarət səs, jestlər, açar və yə açar üçün breloklar vasitəsilə də ola bilər. Tayota elmi tədqiqat mərkəzi başçısı Çaka Quleşin sözlərinə görə, bu yeni avtomobil sərnişinləri qəzalar zamanı qorumaqla yanaşı ən vacibi sürücüyə yaxınlaşan qəza haqqında əvvəlcədən məlumat verir ki, bu da ən əsasdır. Quleşin fikrincə, bir avtomobil üzərində diqqəti yayındıran bütün əlavə komponentləri tamamilə minimuma endirmək mümkün deyil amma sürücünün diqqətini tamamilə yola yönəltmək mümkündür. Toyota öz avtomobillərində sərnişinlərin tam rahatlıq və təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir. Bu yaxınlarda kompaniya avtomatik idarə sistemini təqdim etdi.