BakuTel 2013 sərgisi (2-5 dekabr)
2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi keçiriləcəkdir. Azərbaycan Respublikası Prezidenti Zali-aliləri İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edilib və bununla əlaqədar olaraq, “Bakutel 2013” sərgisi son illər Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün unikal meydançaya çevriləcək. Sərgini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, sərgi çərçivəsində kiber təhlükəsizlik mövzusunda konfrans və Dünya azərbaycanlılarının I virtual konfransı, habelə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilati dəstəyi ilə “Azərbaycanda internet: dünən, bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans, TASIM konsorsiumuna daxil olan əsas telekommunikasiya operatorlarının illik forumu, “İnternet regional inkişaf və təşviqatın lokomotivi kimi” mövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının birinci beynəlxalq forumu, Azərbaycan Respublikasında dövlət və özəl İKT sektorları arasında əməkdaşlıq üzrə mütəxəssislər mərkəzinin yaradılması ilə əlaqədar tədbir, o cümlədən Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın “Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə SPECA layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası və Azərbaycan-Argentina və Azərbaycan-ABŞ İKT forumları keçiriləcək.
Sərginin təşkilatçıları “Iteca Caspian” şirkəti və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group plc” şirkətidir.
Daha ətraflı məlumat üçün – https://www.facebook.com/BakuTel