Instagram da mesajlaşma rəqabətinə qoşulur?

Gündən günə inkişaf edən sosial şəbəkə Instagram yeniliklərə davam edir. Bildiyimiz kimi, Instagram 2010-cu ildə təsis edilmiş, 2012-ci ildə isə Facebook tərəfindən 1 milyon dollara satın alınmışdır. Son vaxtlarda əlavə etdiyi videolar, veb profillər ilə Instagram ən çox istifadə olunan proqrama çevrilib.  İndi isə şirkət sosial şəbəkəyə yeni funksiya əlavə edir: şəxsi mesajlaşma. Mənbələrə görə Instagram təkbətək və ya qrup şəklində mesajlaşma funksiyasını dekabrın sonunadək işə salacağı yeni versiyada tanıtmağı düşünür. Şübhəsiz ki,bu əlavə Instagram üçün atıla biləcək ən məntiqli növbəti addım idi. Əgər Instagram bu funksiyanı işə salarsa, istifadəçilərin hansı mesajları alıb, hansıları almamaq barədə nəzarətə də ehtiyacları olacaq. Hələlik bu şayiə olsa da, xəbərlə bağlı şərhlərə nəzər saldıqda görürük ki, bu addımla bağlı müxtəlif fikirlər mövcuddur. Belə ki, bəzi insanlar bunun çox əla addım olduğunu düşünsə də, bəziləri bu fikirlə razı deyil, onlar Instagramın yaxında “status bölməsi” də əlavə edəcəyini və getdikcə Facebook`a bənzəyəcəyini iddia edirlər.

Müəllif: Günel Yaqubova

Şərh yazın