Dünyanın ən məşhur telefonu
250 milyon ədəd telefon satışı ilə bu model dünyanın ən çox satılan telefonudur. Apple firmasının ən məşhur telefonu I-phone 5S-in yalnız 20 milyon, 4S-in isə 16 milyon ədəd satıldığını nəzərə alsaq, Nokia 1100 –un qlobal şöhrətini başa düşmək daha asan olar.
Bu qədər “pis” dizayna sahib olan telefon necə olur ki, dünyanın ən çox satılan telefonu olur?! Ekranı tək rəng, düymələri kobud, pikselləri böyük olsa belə Nokia 1100 dünyanın ən yaxşı telefonu hesab edilir.
Texniki servis imkanı olmayan ölkələrdə telefon sağlam, sağlam olması üçün isə sadə olmalıdır. Nokia ucuz telefon satışına görə qınaq obyekti olsa da, əslində qarşısında məqsədi var: inkişaf edən bazarlar. Çin, Hindistan, İndoneziya kimi böyük nüfuza sahib olan ölkələrdə ucuz telefonlar çox əhəmiyyətlidir. Bundan əlavə inkişaf etmiş bir ölkə olsa belə iqlim şəraiti çox önəmli faktordur. Məsələn; çox soyuq iqlimi olan bir ölkədə-qarda,buzda donmuş barmaqlarla və ya əlcəklə istifadəsi mümkün olmayan bir “touchsreen” heç kəsin işinə yaramaz. Bütün bu səbəblərdən Nokia uzun illərdən bəri bu ölkələrdə yüz milyonlarla telefon satmağı bacarır.
Nokia 1100 haqqında maraqlı faktlar:
- Nokia 1100 sadəcə ən çox satılan mobil telefon deyil, eyni zamanda dünyada ən çox satılan texnoloji avadanlıqdır. Bu o deməkdir ki, heç bir telefon, televizor, kompyuter, musiqi sistemi, video oyun, kamera və daha başqa avadanlıqlar Nokia 1100-dan çox satılmayıb.
- Nokia`nın satdığı 1 milyonuncu telefon Nokia 1100 olub və Nigeriyada satılıb.
- Bu telefonun əsas forması 400 saat şarj saxlama qabiliyyətinə malik olub.
- Bu telefon bulqur-amerikan əsilli Dimitre Mehandjiysky tərəfindən dizayn edilib.
- Bu telefon ən çox “kobudluğu” ilə tanınır. Belə ki, bugünə qədər Nokia 1100 istifadəçilərindən heç biri “telefon yerə düşdü və artıq işləmir” şikayəti bildirməyib. Suya, toza və zərbəyə davamlıdır.Bugünlərdə hamımız rəngli və geniş ekranı olan, keyfiyyətli şəkillər və videolar çəkən, yüksək səviyyəli səs sistemi olan telefonlar xoşlasaq da, bütün mobil telefonların “ulu babası”nı unutmayaq. Sadəcə Nokia deyil, LG və Samsung firmaları da köhnə model mobil telefon istehsalından geri qalmır. Bu firmaların rəqibləri ZTE, G-Five, Huawei`nin də satış miqdarı heç də aşağı deyil.
Huawei firması 200 dollardan aşağı qiyməti olan mobil telefonlar dizayn edir. Hətta gələcəkdə bu qiymət 100 dolların altına düşəcək. Bu telefonlar yüksək səviyyəli telefonların funksiyalarının 90%-ni yerinə yetirsə də, qiymətləri həmin telefonların 20%-i qədər olacaq.
Şərhlər ( 4 )
Ela meqaledi, Gunel 🙂 hec inanmagi gelmir adamin.
teşekkurler gozle melumat idi sade ol cox qazan burda deyibler yada men dedin)))))))))))
sağol,təşəkkür.
samsung galaxy s4 necedir