Microsoft “Scroogled” ilə Google`ı hədəfləyir

Microsoft və Google arasında uzun müddətdir davam edən “Scroogled” mübahisəsi indi də köynəklərə, fincanlara, papaqlara və digər bir çox əşyaya daşınır. Bu əşyalar Microsoft store`da satışa çıxarılıb.   Scroogled_Google_Logo

Bildiyiniz kimi, “Scroogled” Microsoftun Google ələyhinə başlatdığı kampaniyadır. Belə ki, bu əşyalar üzərində əks olunan şüarlarda Microsoft Google`ı  iynələyir və gizlilik barəsində zəif olmaqla ittiham edir. İnternet üzərində böyük marağa səbəb olan bu əşyalardan ən geniş yayılanı üzərində Google logosu və axır vaxtlarda fenomenə çevrilən “Keep Calm” ifadəsi yerləşir. Üstündə “Biz sizin məlumatları oğurlayarkən sakit olun” ifadəsi yazılan bu köynəklərə Google`ın nə reaksiya verəcəyi maraq doğurur.  Lakin daha əvvəlki “Scroogled” hadisələrinə sakit yanaşan və ya sadəcə qısa izahatlar verən Google `ın yenə də səssizliyini qoruması heç də sürpriz olmaz.

Sakit_Dur
   Microsoft bu şüarla Google istifadəçilərinin şəxsi mesajlarının oxunduğunu və reklam verənlərə satıldığını iddia edir. Lakin ABŞ texnologiya firmalarını biraz araşdırdıqda heç birinin tam məsum olmadığı ortaya çıxır. Belə ki, Beynəlxalq Təhlükəsizlik Agentliyinin bəzi açıqlamalarına görə ABŞ-da texnologiya şirkətlərinin hamısı lazım gəldikdə istifadəçilərinin məlumatlarını qanunsuz olaraq Milli Təhlükəsizlik Agentliyinə ötürür. Bu açıqlamalar içərisində Microsoftun da adı tez-tez çəkilir.

Müəllif: Günel Yaqubova

Şərh yazın