Microsoft Nokianı aldı
Microsoft bu dəfə də 5,4 milyard avroya Nokia–nın mobil qurğularını əldə etməyə qərar verdi. Bundan əlavə Microsoft Nokia-nın patentləri və naviqasiya xidmətlərinə olan lisenziyasını da əldə edəcək.
Məsələ ilə bağlı yayımlanan press- relizdə bildirilir ki, hər iki kompaniyanın rəhbərləri – Nokia baş direktoru Stiven Elop və Microsoft baş direktoru Stiv Balmer arasında razılaşma 19 noyabr 2013- cü ildə keçirilmiş iclas zamanı baş tutub. Finlandiyanın paytaxtında baş tutan bu görüş zamanı Microsoft inventarlarının 99, 7% – i Nokia – nın mobil qurğularının əldə olunmasının lehinə səs vermişdilər. Razılaşma özü isə 2014- cü ilin əvvələrində reallaşacaq. Bu zaman Nokia – nın 32 min işçisi Microsoft – un Redmonddakı işçiləri sırasına daxil ediləcək, işçilər smartfonlar və mobil telefonlarla bağlı işlərini davam etdirəcəklər.
Atılan bu addımın əsas səbəbi isə təbii ki, ilk növbədə kəskin şəkildə gözə çarpandır: birincisi son zamanlarda Nokia-nın mobil qurğular bazarını tamamilə əlinə almış Samsung və Apple kimi şirkətlərlə mübarizə apara bilməməsi, ikincisi isə gec də olsa, Microsoft-un mobil telefon bazarına daxil olmaq istəyidir.
Microsoft şirkətinin baş direktoru Stiv Balmer müsahibəsində bildirir ki:
“Bu hər iki şirkətin məhsullarını istifadə edənlər, bizim tərəfdaşlar və aksionerlərin xeyrinə atılmış çox ciddi və cəsarətli bir addımdır.”
Bbc.co.uk – in verdiyi məlumata görə hələlik ki, danışıqlar bütün tərəflər, aksionerlər arasında geniş müzakirə olunduğu üçün davam edir.
Ümumiyyətlə son illərdə smartfonlar və planşetlərə olan maraq və tələbat hər zaman stol üstü və dizi üstü kompüterlər bazarında liderliyini qoruyub saxlayan Microsoft üçün gözlənilməz oldu. Dəyişən zövqlər, maraqlar və tələbatlara isə şirkət bir az gec və zəif reaksiya verdi. Hətta şirkətin ötən ilə “Surface” adlı planşeti istifadəçilərin ixtiyarına verməsi belə alıcıların istiqamətini dəyişməyə təsir belə etmədi. Mütəxəssislərin fikrincə Microsoft– un Nokia kimi bir şirkətin mobil qurğularını əldə etməsi tezliklə onun mobil telefon bazarındakı mövqelərini dəyişə bilər.
“Frost & Sullivan” adlı konsaltinq şirkətinin mütəxəssisi Manodj Menon bildirir.
“Mobil texnologiyalar böyük potensiala malikdirlər, amma Microsoft- da bu sahə çox zəif inkişaf etdirilib. Buna görə də hazırda şirkət üçün əsas prioritet məsələ mobil telefon bazarında strategiyasında dəyişikliklər etməkdir.”
Bir zamanlar dünya mobil telefon bazarının lideri olan Nokia şirkətinin satılması 2013- cü ilin ikinci kvartalının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24% ucuzlaşıb. Amma buna baxmayaraq, Windows Phone əməliyyat sistemi ilə təchiz olunmuş “Lumia” smartfonlarının satışı bu dövrdə nisbətən sürətlənib. Menonun bildirdiyinə görə, iki şirkətin birləşdirilməsi gələcək cihazların avadanlıq komponent uyğunluğu və əməliyyat sistemi ilə təminatına kömək edəcək. Yeri gəlmişkən, Microsoft əldə olunmuş razılığa əsasən, qarşıdakı 10 il ərzində istehsal edəcəyi bütün mobil telefonları Nokia adı ilə çıxarmaq öhdəliyini götürüb.