Google və Microsoft uşaq pornoqrafiyasına qarşı güclərini birləşdirdi
Google və Microsoft uşaq istismarı ilə bağlı şəkillərin səhifələrində yerləşdirilməsinə limit qoyulması haqqında razılığa gəldi. Bu razılıq nəticəsində internetdə uşaq istismarı ilə bağlı mövcud olan 100 min şəklə giriş qadağan edildi. Google və Microsoft səhifələrində uşaq istismarı ilə bağlı axtarış edənlərə isə uşaq pornosu və istismarının qanundan kənar olduğu barədə xəbərdarlıq edəcək.
Bu məhdudiyyət ilk olaraq Britaniya və bir sıra ingilis dilli ölkələrdə işə salındı. Lakin Google`ın rəhbəri olan Eric Schmidt deyir: “Alqoritmlərin işlənilməsi təxmini 100 min verilənin işlənib aradan qaldırılmasına səbəb olub. Hələlik ki, bu işləmə prinsipi ingilis dilli saytlar üzərində tətbiq olunur. Yarım ildən sonra isə bu tətbiqetmə 150 dildə fəaliyyət göstərən saytlara tətbiq olunacaq. Son üç ay ərzində 200- ə yaxın proqramçı bu məsələni aradan qaldırmaq üçün problem üzərində dayanmadan çalışır” – Şmidt yazır. Sistem uşaq pornoqrafiyası ilə bağlı kontentə rast gələn kimi onun rəqəmsal izi qeydə alınır və anındaca verilənlər siyahısında o ünvan silinir.“ Google şirkətinin keçmiş rəhbəri qeyd edir ki, “Microsoft şəkillərin tanınması kimi texnologiyanı yaratmaq və hər kəslə paylaşdığına görə böyük hörmət və minnətdarlığa layiqdir.”
Şmidtin sözlərinə görə YouTube –nu mühəndisləri isə uşaq pornoqrafiyası olan video rolikləri tanıyan texnologiya icad ediblər. Google uşaqları müdafiə məqsədi ilə bu texnologiyanı digər internet şirkətlər və uşaq müdafiəsi agentlikləri ilə paylaşmağı planlaşdırır.
Bənzər dəyişikliklər Microsoftun Bing axtarış motorunda da edilir. Hər iki şirkət sistemlərində görünən uşaq istismarı mövzulu şəkillərin aşkar edilməsi üçün xüsusi texnologiya işlədir. Hal hazırda Google eyni tipli videoların da aşkar edilməsi üçün müəyyən texnolgiyanı sınaqdan keçirir.
“Britaniya uşaq istismarı və onlayn qoruma mərkəzi”nin keçmiş rəhbəri Jim Gamble şirkətlərin bu addımını qiymətləndirərək deyir: “Artıq Google`da belə şəkillər axtarmağa davam edə bilməyəcəklər, amma internetin “qaranlıq küncləri”ndə bu tipli axtarışlar davam edəcək.”
Britaniya Baş naziri David Cameron razılaşır ki, bu mövzu ilə bağlı görüləcək çox işlər var, növbəti addım isə insanların ictimai axtarış səhifələrindən kənar gizlincə şəkillər paylaşdığı “qaranlıq internet” ələyhinə olacaq. Britaniya hökuməti elan etdi ki, Milli Cinayət Agentliyi qüvvələrini FBİ ilə birləşdirərək internetdən şifrəli istifadə edən pedofilləri hədəfləyir.
Qeyd edək ki, iyul ayında Baş nazir Google və Microsoftun axtarış motoru olan Bing`ə müraciət edərək uşaq istismarı ilə bağlı tədbirlər görülməsini istəmişdi.
Google və Microsoft internetdə uşaq pornoqrafiyasına son qoymaq istəyirlər. Iyun ayında nəhəng axtarış maşını bildirmişdi ki, yaxın zamanlarda qanunsuz kontentlərin toplandığı böyük bir baza yaradacaq və şirkət həmin bazanı digər İT şirkətlər, qanunverici orqanlar və ictimai qurumlarla paylaşacaq. Microsoft isə Milli Mərkəz üçün itmiş və yoxa çıxmış uşaqlar işləri üzrə PhotoDNA proqramını icad etdi. Proqramı bir çox internet şirkətləri o cümlədən Facebook da tanıyır.