Fujitsu və İntel OPCİe(Optical PCİ Express)Optik İnterfeysli server istehsal etdi

Demək olar ki,  dünya serverlərin önəmi günbəgün böyük sürətlə artır və belə sürətli artım nəticəsində müxtəlif komponentlərin düzgün soyudulması  və istifadəsi tələb olunur. Buna görə də  Fujitsu və  Intel –in mütəxəssisləri bu problemi birlikdə həll etməyə qərar verdilər. Onlar ana platanın(mainboard) “xarici dünya” ilə əlaqə saxlaması üçün OPCIe (Optical PCI Express) optik interfeysinin istifadə olunduğu ilk server hesablama sistemini yaratdılar. Məsələyə belə yanaşma sayəsində serverin  mərkəzi prosesorların platasından əhəmiyyətli məsafədə  saxlama imkanı yaranır ki, bu da öz növbəsində hesablama sistemindəki bütün komponentlərin komponovka və soyudulma problemini həll etməyə imkan yaradır. TechEye məlumat verir ki, Fujitsu  şirkətinin mütəxəssisləri  əsas kimi iki Primergy RX200 serveri götürüblər və onların bir neçə komponentini  modifikasiya ediblər. Serverlərin aparat hissəsinin əsas modifikasiyası İntel şirkətinin mütəxəssisləri tərəfindən işlənmiş yenidən proqramlana bilən məntiq elementləri (Field-Programmable Gate Array) ilə xüsusi proqramlaşdırılmış Intel Silicon Photonics rabitə modolunun quraşdırılmasıdır. Müvafiq optik kabellər və birləşdirici düyünlər  vasitəsi ilə bu iki çiplərin birləşdirilməsi  məlumatları optik kanal vasitəsilə PCI Express protokoluna uyğun şəkildə ötürməyə imkan yaratdı. PCI Express optik protokoluna uyğun reallaşdırılan ilk serverlərdə, yüksək sürətli optik xətlər vasitəsilə  mərkəzi prosessor platasına bir neçə SSD və Xeon Phi coprosessorulu genişləndirilmiş plata (expansion cards ) birləşdirilmişdi.

intel_optical_pcie_1

Bütün bunlar mühəndislərə yeni soyutma sistemi yaratmağa imkan yaratdı, hansı ki, serverin mərkəzi Xeon E5 prosessorlarını daha effektiv soyudur və bu da öz növbəsində cihazlardan mümkün ola biləcək gücü almağa imkan yaradır. Bundan əlavə verilənlərin bu üsulla ötürülməsi serverdəki digər komponentlərinin çalışmasına mane olan elektromaqnit  küy yaratmır, nazik və sıx optik kabelləri isə server rəfinə yerləşdirmək digərlərindən daha asandır.

5532-switching

Şərh yazın