Exchange Server 2013 “Disclaimer text”

Salam, Əziz Dostlar. Bu günki məqaləmizdə “Exchange 2013” üzərində “disclaimer text” funksiyasından bəhs edəcəyik. “Exchange 2010” ilə bağlı məqalələrimizin birində “Exchange 2010” üzərində “disclaimer text” xüsusiyyətinə nəzər salmışdıq.

Əvvəlki məqalələrimizdə “Exchange 2013” üzərində bəzi qaydalar yaratmışdıq. Bu məqaləmizdə də yeni qayda yaradaraq “disclaimer text” funksiyasını tətbiq edəcəyik.

Bunun üçün “EMC“-ə daxil oluruq.

Disclaimer1

mail flow -> rules” yolunu izləyərək “+”  yanındakı aşağı ox işarəsini sıxırıq.

Disclaimer2

Açılan menyudan “Apply disclaimers” seçirik. (“+” işarəsini sıxaraq da yeni qayda yaradıb “disclaimer” tətbiq edə bilərik)

Disclaimer3

Name” bölümündən qaydamıza ad təyin edirik. “Apply this rule if” bölümündən isə qaydamızın nələrə tətbiq olunacağını seçirik. Bizim seçimimiz bütün mail-lərə “disclaimer” xüsusiyyətini əlavə etmək üçün “Apply to all messages” -dir. İstəsək istifadəçiyə görə, mail-in göndərilib qəbul edilmə (yəni daxili və ya xarici mail) aralığına və sairə xüsusiyyətlərə görə tətbiq edə bilərik.

Disclaimer4

do the following” bölümündən isə “Disclaimer text” əlavə edəcəyimiz üçün “Append the disclaimer” (disclaimer əlavə et) seçirik. Sağ tərəfdə görünən “Enter text” üzərində mausun sol düyməsini sıxaraq mətnimizi əlavə edə bilərik.

Bu mətn “text” ola biləcəyi kimi, “Active Directory” üzərindəki istifadəçi məlumatlarının oxunması üçün xüsusi “attributlar“, “html” tipli də ola bilər.

Disclaimer5

Hazırladığımız mətni yazaq. Biz buraya “html” tipli mətni daxil edirik.

<html>
<body>
<table border=”0″ width=”100%”>
<tr><td valign=”top”><font face=”Garamond”>
<b>%%Firstname%% %%Lastname%%</b></font> <br>
<font size=”2″ face=”Calibri”>%%Title%%, %%department%%, %%Company%%<br>
Telephone: %%MobileNumber%% <br>
%%Street%% <br>
%%City%%
</font></td>
</tr>
</table>
</body>
</html>

Yalnız attributları qeyd edərək də istifadəçi məlumatlarını görüntüləyə bilərik. İstifadə olunan xüsusi attributlar isə aşağıdakı cədvəldə verilmişdir:

İstifadəçi məlumatı  Daxil olunma forması
Display Name %%DisplayName%%
First Name %%FirstName%%
Initials %%Initials%%
Last Name %%LastName%%
Office %%Office%%
Phone Number %%PhoneNumber%%
Other Phone Number %%OtherPhoneNumber%%
Email %%Email%%
Street %%Street%%
PO Box %%POBox%%
City %%City%%
State %%State%%
Zip Code %%ZipCode%%
Country %%Country%%
User Logon Name %%UserLogonName%%
Home Phone Number %%HomePhoneNumber%%
Other Home PhoneNumber %%OtherHomePhoneNumber%%
Pager Number %%PagerNumber%%
Mobile Number %%MobileNumber%%
Fax Number %%FaxNumber%%
Other Fax Number %%OtherFaxNumber%%
Notes %%Notes%%
Title %%Title%%
Department %%Department%%
Company %%Company%%
Manager %%Manager%%

Disclaimer6

Daxil etdiyimiz mətn görülməkdədir. “fall back to action” bölümündən “disclaimer” əlavə olunmayacağı təqdirdə mail-in aqibətinin nə olacağını təyin etmək üçün  “Wrap” , “Ignor” və ya “Reject” seçimlərindən birini edə bilərik.

Disclaimer7

(Əlavə məlumat üçün: http://technet.microsoft.com/en-us/library/aa998315%28v=exchg.150%29.aspx )

More options” seçərək digər tənzimləmələri həyata keçirə bilərik.

Disclaimer8

Bu haqda keçən məqalələrimizdə məlumat verdiyimiz üçün daha çox şərhə ehtiyac duymadan “Save” düyməsini sıxaq.

Disclaimer9

Əminliyimizi soruşan dialoq pəncərəsində də “yes” deyərək yekunlaşdırırıq.

Disclaimer10

Gördüyümüz kimi qaydamız hazır vəziyyətdədir. Artıq test mail-i göndərərək işlək vəziyyətdə olub-olmadığını yoxlaya bilərik.

Turqut” adlı istifadəçimizdən mail göndəririk.

Disclaimer11

Və qəbul olunmuş mail daxilində “disclaimer” görülməkdədir. Daxil etdiyimiz attributlara uyğun istifadəçimizin “Active directory” üzərindəki məlumatları oxunmuşdur.

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın