TİZEN ƏS-dən istifadə edilən ilk məhsul fotokamera oldu!
Samsung şirkəti Tizen əməliyyat sistemi ilə çalışacaq ilk qurğunu açıqladı. İlk məhsul artıq Cənubi Koreyada texnika sevənlərin ixtiyarına verilən NX300M kamerasıdır. Fotokameraya saniyədə 9 foto çəkmək qabiliyyəti olan 20,3 megapikselli APS-C formatlı sensor yerləşdirilib.
Samsung rəsmilərinin sözlərinə görə digər Linux üzərində qurulan kameralardan fərqli olaraq NX300M onlardan iki dəfə daha sürətli işləyir. Bir sözlə bu yenilik NX300-un update formasıdır (update-dir). Bunun da eynilə NX300– də olduğu kimi 3,31 düyümlük və 180 dərəcə hərəkət edə bilən AMOLED- touchscreen və matrisası var. Bunlarla yanaşı kamera Wi-Fi və NFC də dəstəkləyir.
Tizen – Sumsung-la İntel-in birgə layihəsi olaraq açıq qaynaqlı kodla Linux üzərində qurulmuş bir sistemdir. Ilk dəfə bu sistem haqqında cəmiyyətə məlumat 2011- ci il sentyabr ayında verilmişdir. Tizen Nokia– nın Windows phone – a keçməzdən öncə İntel ilə birgə yaratdığı MeeGo ilə LiMo –nun birləşməsindən meydana gəlmişdir. Daha sonra Samsung Tizen– i özünün digər ƏS sistemi olan bada-sı ilə birləşdirmək qərarına gəlir.
Bu ilin mart ayında Samsung özünün ilk Tizen məhsulunun çox güclü Premium smartfonu olacağını demişdi. Bu smartfonun çıxışını hər kəs avqust və ya sentyabr aylarında gözləyirdi. Amma gözləntilər baş tutmadı. Deyilənlərə görə ilk Tizen telefonun çıxmasını şirkət hələlik ki, 2014- cü ilin ilk rübünə kimi təxirə salıb. Görünür ki, şirkət onsuz da həddən artıq Apple və Google smartfonları ilə dolu olan bazara yaratdığı əməliyyat sistemli telefonla deyil də rəqəmsal kameralar, smart- televizorlar və planşetlər vasitəsilə çıxmağa qərar verib. Koreyalılardan başqa Tizen –li məhsulları Acer, ASUS və HTC kimi firmalar da buraxmağa qərarlıdırlar. Çox güman ki, Tizen smartfonlar 2.2.1 versiyasına kimi inkişaf etdiriləcək. 2013- cü ilin son rübünə isə özündə bir neçə akkauntu, 64-bit və 3D-mühərrikli ARM və Intel çiplərini birləşdirən Tizen 3.0 –ın hazırlanması gözlənilir.