Windows 8.1 təhlükəsizlik sistemini yan keç, 100.000 dollar qazan!

Microsoft güvənlik üçün mükafatlandırma proqramının

Microsoft şirkəti Windows 8.1 –in təhlükəsizliyi üçün elan etdiyi mükafatlandırıma proqramını genişləndirir. Xatırladaq ki, bu proqram 2013-cü il iyun ayında start götürüb. Təhlükəsizlik üzrə mütəxəssislər Windows 8.1 əməliyyat sistemində tətbiq etdiyi müdafiə sisteminə qarşı yaratmış olduqları ən real və innovativ (yeni) exploitə görə şirkətin təsis etdiyi 100 min dollarlıq mükafatın sahibi ola bilərlər. Yeri gəlmişkən 100 min dollarlıq mükafatı yalnız exploit sahibləri özləri deyil eyni zamanda zərər çəkmişlər də – misal üçün sındırılmış korporativ sistemlərin sistem admini və ya fəaliyyəti zamanı buna bənzər hücumların mövcudluğunu aşkara çıxaran təhlükəsizlik üzrə mütəxəssislər də mükafatlandırılacaq. Belə mükafatlandırılma sistemi qaliblər dairəsini də genişləndirir. Çünki əvvəllər mükafatçılar yalnız bir neçə daha professional exploit müəllifləri ilə məhdudlaşırdı. Proqramın 2013 – cu il iyun ayından, elan edildiyi müddətdən bəri yalnız bir dəfə mükafatı qazanan olub.Find-A-Flaw-Of-Windows-8-And-Get-100000-Instantly-From-Microsoft-3-300x199

İndi isə Microsoftdan 100 min dolları kim istəsə – kimin “bəxti gətirib“(:D) 0 day exploitinin qurbanı olsa və ya uzaqdan bu hücumu izləməyə nail olsa, mükafatı da qazana bilər.

İndi də əvvəl olduğu kimi proqramın iştirakçıları hücumun texniki təhlilini verməlidirlər ki, bu təhlil şirkətə öz növbəsində Windows 8.1 – in təhlükəsizlik texnologiyasından yan keçməyə kömək etsin. Əlavə müdafiə üçün bəyənilən ideyaya görə isə şirkət daha 50 min dollar ödəyəcəyini deyir.

Əgər mükafat qazanmaq istəyirsinizsə, ilk olaraq doa [at] Microsoft [dot] com adresində qeydiyyatdan keçmək və müqaviləni imzalamaq lazımdır. Uğurlar!

Mənbə: http://www.microsoft.com/security/msrc/report/bountyprograms.aspx

Şərh yazın