HELİUMLU HARD DİSKLƏR (HDD)-Ultrastar He6 2014-cü ildə satışa çıxarılacaq

HGST şirkətinin törəmə şirkəti olan Western Digital 2014 –cü ildə satışa çıxarılacaq 6 Terabayt həcmli Heliumlu Hard Disklər ilk partiyasını istehsal edibb. Hard Disk korpuslarından Helium axınını(sızmasını) azaldacaq metodun tapılması istehsala başlanılmasına səbəb oldu.

25842_08_hgst_announce_helium_filled_hard_drives_would_see_6tb_energy_efficient_hddsHard disk korpusunun heliumla doldurmaq ideyası üzərində çalışmağa istehsalçılar hələ 40 il bundan qabaq başlayıblar. Amma heliumun ən xırda boşluq və çatdan sızma xüsusiyyəti onu uzun müddət kommersiya miqyaslı müstəvidə istifadə etmək imkanı vermirdi. Məhz heliumun ultra axıcılıq qabiliyyəti sayəsində bayramlarda istifadə olunan şarlar bir neçə günə boşalır və özünün uçma qabiliyyətini itirir, heliumlu hard disklər isə tez bir zamanda sıradan çıxırlar. HGST isə öz növbəsində bildirir ki, narahat olmağa heç bir əsas yoxdur, şirkət korpusu möhürləmək üsulunu artıq aşkarlayıb və öz hard disklərinə minimum 5 il zəmanət verir. İstənilən portativ (daşınıla bilən) hard diskin əsasında – bir ox ətrafında dönən diskdən və aralarında nonometr məsafə olan, həmin maqnit səth üzərindən informasiya oxuyan başlıqlardan ibarətdir. Məhz komponentlərin belə sıxlığı və rotasiya (fırlanma, dəqiqədə bir neçə min dəfə fırlanma) hard disk istehsalını kifayət qədər çətinləşdirir. Maqnit disklərin sürətlə fırlanması onu əhatə edən havanın da hərəkətə gəlməsinə səbəb olur. Havanın müqaviməti, plitələrin və başlıqların titrəyişinə səbəb olan aerodinamik effektlər bu sahədə məhsuldarlığın azalmasına səbəb olur. Oxuyucu başlıqlarda baş verən cüzi zədələnmələr Hard Diskin sıradan çıxmasına səbəb olur.

Havadan fərqli olaraq daha axıcı olan helium başlıqların hərəkətinə və eyni zamanda disklərin də fırlanmasına etməsinə  daha az aerodinamik müqavimət göstərir. Müvafiq olaraq mexanizmə(drive) daha az yük düşür və enerji sərfiyyatı da azalır. Titrəyişlərin azalması maqnit diskləri daha sıx yerləşdirməyə imkan yaradır ki, bu da öz növbəsində diskdə saxlanılan informasiyanın həcmini artırır.seagate_Terascale-HDD

Yeni Ultrastar He6 vinçestri yeddi disk üzərində qurulub və işsizlik rejimində o, 5,3 vatt sərf edir, cəmi 640 qramdır (indiki 4 TB –lıq “vinçesterlərdən” 38% daha yüngül) və əvvəlki modellərdən fərqli olaraq 4-5 dərəcə daha az temperaturaya malikdir. İşçi temperaturanın aşağı salınması, həmin daxili həcm çərçivəsində detalların sayının artması kimi nəticəyə MƏHZ sıxlığı adi hava sıxlığından 7 dəfə az olan Helium qazı sayəsində nail olundu.

Şirkət dəqiq olaraq hard diskin korpusundan helium axınının qarşısını necə aldığını açıqlamır. Həmçinin indiyədək yeni hard disklərin qiymətləri də açıqlanmır. Hər halda əldə olunan yenilik və həmin yeniliyin istifadə zamanı yaradacağı qənaətlər və üstünlükləri nəzərə alsaq, yeniliyin elə də ucuz olmayacağını təxmin etmək çətin çətin deyil. Yeri gəlmişkən, hazırda dünyanın hər bir yerində helium qiymətləri durmadan artır.

MIT Technology Review –nun materialları əsasında

Şərh yazın