Microsoft Surface PRO 2 planşetinin batareyasını bitmə müddətini uzatdı
Microsoft Surface PRO 2 planşetinin batareyasını “yüklədi”.
Hazırkı Surface Pro 2 22 oktyabrda satışa çıxarılmış Surface Pro 2 –dən fərqlənir. Əsas fərq də ondan ibarətdir ki, təzələnmiş mikroproqram yenilənmələri sayəsində planşetin akumlyator batareyasının bitmə müddəti xeyli azalıb. Yeni enerjiyə qənaət sxemi sayəsində Surface Pro 2 videoya baxma rejimində batareyaya 16 faiz, internetdən aktiv istifadə müddətində isə 25 faiz qənaət etməyə imkan yaradır. Slashger resursunun məlumatına görə əldə olunan nəticələr kompüter texnologiyaları və kommunikasiya haqqında jurnal –AnandTech-in texniki analitiki Anand Lal Şimpi tərəfindən test edilib və təsdiq olunub.
Bu gün Surface Pro 2 bir dəfəyə yığdığı enerji sayəsində 8 saat işləmə qabiliyyətinə malikdir. “Web-serfing” kateqoriyasında Surface Pro 2 özünü Surface RT, Samsung Galaxy Tab 3 10.1, Surface 2 və Google Nexus 10 –dan çox daha yaxşı göstərir, amma Galaxy Note 10.1, ASUS Transformer Book T100, iPad 4, Google Nexus 7 (2013 model) və NVİDEO Shield –dən geriyə qalır.
Video oynatma kateqoriyasında planşet yaxşı nəticələr göstərsə də, əvvəlki testlərin nəticələrindən daha yaxşı nəticə əldə olunmur. Amma buna baxmayaraq Surface Pro 2 –nin təzələnmiş mikroproqram yenilənməsi ona Samsung Galaxy Tab 3 10.1 – keçməyə imkan yaradır. Onu da qeyd edək ki, planşetin batareyasının enerji səmərəliliyini məhdudlaşdıran amil Haswell prosessorudur. Deyilənə görə bu problemi Broadwell prosessoru aradan qaldıracaq.
Mikroproqram yenilənmələri ilə yanaşı keçmişdəki görüntü problemlərini aradan qaldıracaq yeni proqram təminatı da təkmilləşdirilib (update). Yeri gəlmişkən Surface 2-nin üzərində enerji sərfiyyatını təkmilləşdirəcək heç bir yenilik edilməyib. Microsoft un fikrinə görə Surface seriyasından olan bütün cihazların çox enerji sərf etməsinin əsas səbəbi çoxsaylı sensorlar, displeyin yüksək keyfiyyətli qabiliyyəti, aktiv digitizer və həcmli sensorlu ekrandır.