LI-FI məlumat ötürülməsində yeni rekord

Lİ-Fİ TEXNOLOGİYASI MƏLUMATIN ÖTÜRÜLMƏ SÜRƏTİNDƏ NÖVBƏTİ REKORDU MÜƏYYƏNLƏŞDİRDİ.

Məlumatların naqilsiz ötürülməsi sürətində yeni rekord Böyük Britaniya alimləri tərəfindən müəyyən olunub. Li-Fi(abreveatura buna oxşar çox məşhur Hi-Fi və Wi-fi –a uyğun müəyyənləşdirilib, ingilis dilindən “light” (Li) “işıq”, “fidelity” (Fi) isə “dəqiqlik” deməkdir.) görünən işıq vasitəsilə internet bağlantısı yaradan rekordmen texnologiya məhz belə adlandırılır. Alimlər artıq məlumatların ötürülmə sürətində saniyədə 10 Gbit göstəricisinə çatdıqlarını qeyd edirlər.

Yeni qərara uyğun olaraq, informasiya mikroişıqdiodlu lampa (LED) və sonda birləşib adi “bəyaz” işığı formalaşdıran üç “əsas” rəng – qırmızı, yaşıl və göy rəng vasitəsilə ötürülür. Hər bir rəngin üzərinə 3,5 Gbit informasiya düşür. Bu o deməkdir ki, kanalları birləşdirdikdə ümumi informasiyanı saniyədə 10Gbit sürətlə ötürmək olar.

Qlazqodakı Stratklayd Universitetində(wiki)işlənmiş xırda mikroişıqdiodlar paralel işıq axını buraxırlar və bunun sayəsində də vahid zamanda ötürülə biləcək məlumatların sayını azaldırlar.

Sözü gedən layihənin yaradıcılarından biri və Edinburq universitetinin professoru, məlumatların naqilsiz optik üsulla ötürülməsi üzrə mütəxəssis Xarald Xaas prosesi belə izah edir: “Bir anlıq özünüzə duş təsəvvür edin, duşdan su paralel yollarla başımıza doğru hərəkət edir, analoji prosesi biz eyni ilə işıq üzərində tətbiq etdik.”

Alimlər kanal tezliklərinin ortoqonal ayrılması adlanan (OFDM) rəqəmsal modulyasiya metodundan istifadə edirlər, bu üsul alimlərə mikroişıqdiodlu lampalardan istifadə edərək milyonlarla sayda müxtəlif intensivlikli işıq şüalarını bir saniyədə ötürməyə imkan yaradır. Başqa sözlərlə desək, lampalar “vəhşi” sürətlə yanır və söndürülür.

Məhz bu sürətli zəncirvarı yanıb sönmə prosesi nəticəsində böyük dinar məlumatlar, rəqəmlər və sıfırlar zənciri əmələ gələrək yüksək sürətlə ötürülür.

Li-Fi texnologiyasının üzərində artıq 10 ildir ki çalışılır. Elmi dildə bu texnologiyanın adı “məlumatların görünən işıq vasitəsilə ötürülməsi” və ya qısaldılmış halda VLC (visual light communication) deməkdir. 2011- ci ildə britaniyalı professor Xaas bildirir ki, siqnal emal texnologiyası ilə təchiz olunmuş işıqdiodlu lampa, kompüterə yüksək keyfiyyətli videonu (high-definition) ötürə bilər. Məhz elə Xaas tərəfindən də VLC texnologiyasına daha uyğun və kompakt ad – Li-Fi (light fidelity ) fikirləşilir.

haas

İşıqdiodların (LED-lərin) əlverişli və daha geniş yayıldığını nəzərə alaraq, mövcud digər naqilsiz ötürücü radiosistemlərdən fərqli olaraq Li-Fi daha ucuz və enerjiyə qənaətcil olmağa söz verir.

Nəzəri cəhətdən görünən işıq faktiki olaraq məlumatların ötürülməsi kanallarının ölçüsünü qeyri-məhdud ölçüdə genişləndirə bilər, çünki işıq elektromaqnit spektrinin bir hissəsidir və 10 min dəfə radioşüalardan daha genişdir.

Xaasın fikrincə yeni texnologiyanın əsas üstünlüklərindən biri də odur ki, işıqdiodların (LED-lərin) bərabər paylanması nəticəsində bina daxilində internetə daha dəqiq və stabil bağlanmaq olar.

Adi Wi-Fi internet bağlanmanın ofis və evlərdə əsas çatışmayan cəhəti odur ki, ötürücüdən (modemdən) uzaqlaşdıqca siqnal çox zəifləyir, hətta evin bəzi yerlərində tamamilə yoxa çıxır. Bundan əlavə görünən işıq divardan keçmədiyinə görə VLC texnologiyası potensial olaraq məxfilik baxımından ənənəvi Wi-Fi dan daha etibarlıdır

BBC News materialları əsasında hazırlanıb.

Şərh yazın