Google NEXUS 5 və KITKAT ANDROID 4.4–ü təqdim etdi

Bu həftə Google yeni Nexus 5KitKat adı altında yeni əməliyyat sisteminin təqdimatını etdi. Kompaniya bu təqdim etməni öz bloqunda etdi. Nexus 5 Cənubi Koreya şirkəti LG Electronics ilə birlikdə yaradılıb. Yeni smartfonu siz artıq online mağaza(PlayStore)-dən 349 dollardan başlayan qiymətlərlə əldə edə bilərsiniz. Mağazalarda smartfonun 1632 Gb yaddaşlı versiyalarını əldə etmək mümkündür. Bütün digər Nexus smartfonları kimi bu versiya da mobil operatora bağlı və istənilən operatorlar işləyən variantlarda təklif olunur.

Nexus-5-650x430

Bir müddət sonra siz Nexus 5 – i bütün texniki mağazalarda əldə edə bilərsiniz. Hazırda isə Google bu yeni texnikanı yalnız ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Fransa, Almaniya, İspaniya, İtaliya, YaponiyaKoreya kimi ölkələrin texnologiya sevənlərinə əlçatan olduğunu bildirir. Yaxın zamanlarda bu siyahıya Hindistan da daxil olacaq.

Google–un fikrincə, Nexus 5 şirkətin bugünədək mövcud olmuş ən nazik smartfonudur, onun korpusunun qalınlığı cəmi 8,59 millimetrdir. Aparat çox güclü 4 nüvəli Qualcomm Snapdragon 800 prosessoru və 4,95 düyümlük Corning Gorilla Glass 3 müdafiəli, HD ekran (1920×1080, 445 ppi)istifadə edir. Operativ yaddaşın(RAM) həcmi 2Gb –ı qət edir. Həmçinin aparatın 4G LTE və “ultrasürətli Wi-Fi” dəstəklədiyi də bildirilir.

nexus-5-2-650x430

İki kamerası var: 1.3 megapikselli ön kamera və 8 megapikselli fotonu optik stabilləşdirən arxa kamera. Google həmçinin qeyd edir ki, bu smartfonda görüntünün parlaqlıq və aydınlığını təmin edən yeni linzalardan istifadə olunub. Öz növbəsində HDR+ rejimi keyfiyyətli və balanslaşdırılmış fotoların çəkilməsini də təmin edir.

Yeniliyin ərsəyə gətirilməsində əsas məqsəd Androidin yeni tərəqqisini göstərmək idi. GoogleChrome– nin baş vitse prezidenti Sundar Piçainin sözlərinə görə, smartfon yeni KitKat adı ilə də tanınan Android 4.4 ilə birlikdə təqdim olunacaq. KitKat – da nə isə oxuduğumuz, baxdığımız və ya oyun oynadığımız zaman ekrana çıxacaq əlavə informasiyaları aradan qaldıran yeni immersiv sistem də tətbiq olunub. Yeniliklər Androidi mobil qurğu resurslarına daha az tələbkar edir. Piçainin sözlərinə inansaq, əməliyyat sistemi heç bir problemsiz bütün dünyada daha çox məşhur olan operativ yaddaşı 512 Mb olan smartfonlarda işləyə bilər.

nexus-5-case-LG-650x430

Tezliklə KitKat –da edilən yeniliklər Nexus 4, Nexus 7Nexus 10 planşetləri, həmçinin Google Play servisini dəstəkləyən Samsung Galaxy S4HTC One mobil qurğularında əlçatan olacaq.

Bundan əlavə Google kompaniyası Nexus 5 üçün yeni bir neçə müdafiə örtükləri və simsiz adapter də təqdim etdi. Verge-nin məlumatına görə örtüklərin hər biri 34,99 dollar olmaqla qara, qırmızı, boz və sarı rənglərdə satışa çıxarılıb. Örtüklər arasında LG QuickCover case digərlərindən daha bahadır (49, 99 dollar) çünki o, arxa və yanlarla yanaşı ekranın özünü də müdafiə edir. Ən qısa zamanda satışa çıxarılacaq simsiz adapterlərin qiymətləri isə hələlik ki bəlli deyil.

 

nexus-5-cases-3-650x432nexus-5-cases-2-650x432nexus-5-cases-1-650x432nexus-5-cases1-650x432nexus-5-1-650x432nexus-5-2-650x430

 

Şərh yazın