Exchange Server 2013 “Journal rules”
Salam, Əziz Dostlar. Bu məqaləmizdə “Exchange 2013” üzərində “journal rule” vasitəsilə mail izləmələrindən söhbət açacağıq. “Exchange 2010” məqlələrimizdən birində “Exchange 2010” üzərində bu xüsusiyyətdən bəhs etmişdik (http://www.technet.az/2013/09/02/exchange-server-2010-journaling-xususiyy%C9%99ti-il%C9%99-mail-izl%C9%99m%C9%99/). Bu məqaləmizdə isə həmin “Journal” xüsusiyyətini “Exchange 2013” üzərində tətbiq edəcəyik.
“Journaling” maillərin izlənilməsi və göndərilmiş hər bir mailin başqa bir ünvanda saxlanılmasını təmin edən xüsusiyyətdir.
İki növ “Journaling” xüsusiyyəti vardır: “Standart Journaling” və “Premium Journaling“. “Standart Journaling” xüsusiyyəti “Mailbox Database“-lər üzərində həyata keçirilir. “Premium Journaling” isə şirkət tələblərinə uyğun müəyyən istifadəçilər və ya qruplar üzərində izləmə aparmağımıza imkan verir.
“Exchange 2013” üzərində “Journal rule” yaradılması “Exchange 2010” ilə bənzərlik təşkil edir. Yuxarıda göstərdiyimiz məqalədə qeyd etdiyimiz kimi “Exchange 2013” üzərində də “Premium Journaling” xüsusiyyətini istifadə etmək üçün “Enterprise Client Access License” (CAL) ehtiyacımız vardır.
Yuxarıda qeyd etdiyimiz kimi “Standart Journaling” xüsusiyyətini bir başa “Mailbox Database“-lər üzərindən aktiv edə bilərik.
Bunun üçün “EMC” -yə daxil olub, “servers -> database” yolunu izləyərək “journalling” xüsusiyyətini aktiv etmək istədiyimiz “Mailbox Database” üzərində “Edit” deyirik.
Burada “maintenance” bölümündən “Journal Recipient” başlığı altında “browse” deyərək mail-lərin bir nüsxəsinin hansı ünvana göndəriləcəyini seçirik. Bunun üçün xüsusi bir “Mailbox” yarada və ya hazır “Mailbox“-lardan birini seçə bilərsiniz. “Save” deyərək yekunlaşdırırıq.
“Premium Journaling”
İndi isə “journal rule” yaradılmasna və tətbiqinə nəzər salaq.
“Journal rule” yaratmaq üçün “EMC” üzərində “compliance management ->journal rules” yolu izlənilməlidir.
Burada “+” sıxaraq yeni “rule” yaradaq.
“Name” bölümündən qaydamıza ad təyin edirik.
“If the message is sent to or received from” (əgər mail bu ünvandan göndərilər və ya qəbul olunarsa) başlığı altında iki seçim imkanımız vardır. “A specific user or group” seçimi ilə istənilən bir mail ünvanını və ya qrupu seçərək izlənilməsini təmin edə bilərik. “Apply to all messages” seçimi isə bütün mail ünvanlarının izlənilməsini həyata keçirəcəkdir. Biz burada birinci seçimi edərək “Turqut Valiyev” adlı istifadəçimizin izlənilməsini həyata keçirəcəyik.
“Journal the following messages” bölümündə isə hansı maillərin izlənəcəyini seçirik. “All messages” – seçilmiş istifadəçinin gələn və gedən bütün mail-lərini, “Internal messages only” yalnız daxili mail-lərini, “External messages only” seçimi isə yalnız xarici mail-lərini izləməyə imkan verəcəkdir.
Biz “All messages” seçərək davam edirik.
“Send journal reports to” başlığı altında izlənilən mail-lərin bir nüsxəsinin hansı ünvana göndəriləcəyini təyin edirik. Bizim seçimimizdə bu “Administrator” istifadəçisidir. Əlbəttə Sizin şirkətin tələbinə uyğun olaraq bu istənilən istifadəçi də ola bilər.
“Save” deyərək qaydamızı yaratmış oluruq.
Artıq işlək vəziyyətdə olub-olmadığını yoxlaya bilərik.
“Turqut” adlı istifadəçimizdən mail göndrərək.
Gördüyümüz kimi mail göndərilmişdir.
İndi isə mail göndərilən ünvana və “Administrator” istifadəçimizin mail ünvanına nəzər salaq.
Bəli, qaydamız işlək vəziyyətdərir. Yəni “Turqut” adlı istifadəçimizin göndərdiyi mail həqiqi ünvanına, bir nüsxəsi isə “Administrator” istifadəçimizin mail ünvanına çatdırılmışdır.
“Journal rule” tətbiq edərək istənilən mail ünvanının və ya qrupun izlənilməsini təmin edə bilərik.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.