Bill Gates Microsoftun gələcək CEO-su ilə daha sıx əməkdaşlığa hazırlaşır.

Microsoft şirkətinin yaradıcısı Bill Gates bu ərəfələrdə  kompaniyanın işdən azad olunmuş icraçı direktoru Stiv Balmerin əvəzinə yeni namizəd seçməklə məşğuldur. Daha əvvəl də qeyd olunduğu kimi hazırda xeyriyyəçiliklə məşğul olan Gates yenidən rəhbər kimi kompaniyaya dönmək fikrində deyil. O, hazırda kompaniyada yalnız  müstəqil (freelancer) məsləhətçi və şirkətə yeni CEO seçmək üzrə şuranın üzvü kimi fəaliyyət göstərir.

Bir müddət əvvəl Financial Times qəzetinə müsahibəsi zamanı Geyts bildirir ki, əslində Microsoftun yeni seçiləcək icraçı direktoru ilə çox sıx çalışmaq istərdi.  O, yenidən tam iş rejiminə geri dönmək istəməsə də, müəyyən müddət qısa zaman ərzində şirkətə gələrək yeni icraçı direktorla çalışaraq şirkətin Balmerin yerinə seçimdə səhv etmədiyini görmək istədiyini bildirmişdir. Hazırda şirkətin icraçı director roluna ən münasib namizən Nokianın keçmiş rəhbəri Stiven Elop, həmçinin kompaniyanın rəhbəri Ford Alan Mulallidir. Gözlənilən mövqeyə seçilən insan və son qərar bu ilin sonuna kimi ictimaiyyətə açıqlanacaq.

Şərh yazın