HP Power Advisor proqramı haqqında

Salam dostlar. HP şirkətinin lazımlı proqramlarından biri də HP Power Advisor-dir. Sistem İnzibatçılarının server planlama-quraşdırma və ya hazır strukturun elektrik cərəyan yükünü, soyutma xərclərinin hesablaması üçün çox lazımlı proqamdır.

Proqramı pulsuz olaraq HP-nin rəsmi səhifəsindən endiririk və sadə addımlarla quraşdırırıq. HPPowerAdvisorHP_Power_Adviser_001

Proqramı açarkən bizi qarşılayan pəncərədən istifadə edəcəyimiz elektrik gücünü seçirik. Bu bizdə əksər yerlərdə 220 Volt olur.HP_Power_Adviser_002

Sonra Rack (Qəfəs) siyahısından uyğun olanını seçirik. Gördüyümüz kimi 14, 22, 36, 42  və 47 yuvalı (Unit) qəfəsləri seçə bilərik. Seçim zamanı açılan pəncərədə qəfəsin hissə nömrəsi (Part number) və adlar siyahıda açılır. Əgər qəfəslər çoxdursa adları uyğun olaraq yazırıq ki, qarışıqlıq yaranmasın.

[highlight]Qeyd: Hissə nömrəsi vasitəsilə HP Product Bulletin proqramında geniş şəkildə detallara baxa bilərik. Proqram haqqında digər məqaləmizdə məlumat vermişdik.  HP Product Bulletin[/highlight]

HP_Power_Adviser_003

Artıq qəfəsi vizual olaraq əlavə etdik. Sağ tərəfdə qəfəsin boş çəkisi, boş və işlənmiş yuvaların sayı, neçə Vat güc tələb etdiyini, soyutma üçün tələb olunan miqdar (BTU*) kimi məlumatlar göstərilir.

Daha ətraflı məlumat üçün Tutorial düyməsini sıxırıq və ingilis dilində detallı məlumatları əldə edirik.

Qeyd: BTU –  British Thermal Unit soyutma sisteminin standart ölçü vahididir. Gücün həcmi vasitəsilə soyutma miqdarı aşağıdakı düstur ilə hesablanır.

BTU/saat = watt  x  3.41

Məsələn: 399 watt x 3.41 = 1360 BTU/saat

Cihazların soyutma dəyəri 1 ton buzun soyutma qabiliyyəti ilə ölçülür. 1 ton buzun soyutması = 12000 BTU/saatdır.

HP_Power_Adviser_004

Bu qəfəsə bir Blade c7000 səbəti (Enclosure), Proliant DL360p Gen8 serveri və ayrıca Proliant ML110 Gen6 Tower  tipli serverini əlavə edirik. Əlavələri uyğun olaraq sol tərəfdəki EnclosuresServers siyahısından seçirik. Əgər HP məhsulu olmayan serverlərimiz varsa, yuxarı sağ küncdə Define deyərək xüsusiyyətlərini göstərərək uyğun server yarada bilərik ki, hesablamalar düzgün alınsın.

Növbəti addımda serverlərin konfiqurasiyalarını dəqiqləşdirməliyik. Bunun üçün proqramın sağ yuxarı küncündə lazım olan serveri seçib CONFIG düyməsini basırıq. Biz göstərmək üçün Proliant DL360-ı seçib tənzimləyəcik. HP_Power_Adviser_005

Gördüyümüz pəncərədən serverə detalları əlavə edirik. Məsələn: 6 nüvəli HP DL 360pE5-2643v Kit Prosessorundan 2 ədəd əlavə edirik.

HP_Power_Adviser_006

Operativ yaddaşın tipini, modelini, gücünü aşağıdakı qaydada seçir və miqdarını çıxan pəncərədə göstəririk.

HP_Power_Adviser_007

Və beləcə bütün əlavələri edirik. Bu detalları dəqiqiliyi ilə əlavə etmək lazımdır ki, aldığımız dəyərlər düzgün alınsın.

[highlight]Qeyd: Bu ağıllı proqram bizə 1 Enerji blokunun təhlükəli olduğunu, kəsilməzlik üçün birini də əlavə etməmizin məsləhət olduğunu Note hissəsində qeyd edir. Gələn məqalələrimizdə, enerji bloklarının kəsilməzliyi (Redundancy) üçün necə tənzimləməmiz haqqında yazacağıq.[/highlight]HP_Power_Adviser_008

 Dostlar, bu qayda ilə digər serverlərin də konfiqurasiyasını nizamlayırıq. Məqalənin şəkillərlə dolmaması üçün digər addımların ancaq nəticələrini əlavə edəcəm. Konfiqurasiyalar ardıcıl olaraq aşağıdakı kimidir: ML110, ProliantDL360p və BladeC-7000ML110G6

Proliant360pGen8

Blade_C7000

 Konfiqurasiya etdiyimiz serverlərin işləmə yükünü 100% göstərmişik. Bunu Config düyməsinin altında Utilization bölməsində nizamlamaq olur.

Serverləri təyin edib qurtardıqdan sonra  SAVE dyərək yaddaşa veririk və BOMBill of Material bölməsinə keçirik. Generate BOM dedikdən sonra serverlər siyahısı peyda olur.

HP_Power_Adviser_009_1

Export BOM deyərək Excel və ya HTML versiyada siyahını əldə etmiş oluruq. Bu siyahıda Hissə nömrəsi və say da göstərildiyi üçün I.T sferamızın sənədləşdirilməsində əla  yardımçı olur. Hər hansı bir problem baş verərsə, hansı hissəni sifariş vermək lazım olduğunu sənəddən tapa bilirik.

HP_Power_Adviser_009

Sonuncu addım olaraq Power Report bölməsinə keçirik. Bu pəncərənin sol tərəfində elektrik enerjisinin hər kW/s-nın qiymətini və dövrü qeyd edirik. Şərti olaraq qiymət 0.06Azn və 1 il dövr götürəcəyik. Sağ tərəfdə isə soyutma üçün istifadə olunan enerji və dəyəri göstərilir. HP şirkətinin məsləhəti ilə bu dəyəri 1.0 olaraq saxlayırıq.

HP_Power_Adviser_010

 Nəticələrdən görürük ki, belə yüklü serverlərin 1 illik xərci təqribən 1440 AZN, soyutma üçün xərclənən məbləğ isə 2880 Azn təşkil edir. Yəni aylıq müvafiq olaraq 120 və 240 azn, cəmi 360 AZN aylıq xərc tələb edir.

Dostlar, məqalədə ən əsas hissələri nəzərə çatdırmağa çalışdım. Güman edirəm ki, işinizə yarayacaq və HP şirkəti bu proqramı daha da inkişaf etdirərək faydalılıq əmsalını yüksəldəcək..  Oxuduğunuz üçün təşəkkürlər.

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Elvin Əmirov

Şərhlər ( 2 )

  1. Elvin əla yazıdı. Sağol. 🙂

Şərh yazın