Lync Server 2013 (4) (Assign Certificate)

Bir daha Salam, Əziz Dostlar. “Lync Server 2013” qurulmasına həsr olunan məqalələrimizin 4-cü, sonuncu hissəsindəyik. Əvvəlki məqalələrdə bəhs etdiyimiz hissələrə qısa da olsa nəzər salaq.

Deməli, ilk əvvəl “Lync server 2013” qurulması üçün lazım olan servisləri “Power Shell” vasitəsilə qurduq. Daha sonra “Active Directory” mühitimizi “Lync” qurulması üçün hazırladıq (http://www.technet.az/2013/09/26/lync-server-2013-1-prepare-active-directory/). Bu əməliyyatları yerinə yetirdikdən sonra,idarəetmə panelini yükləyərək “Topology Builder” vasitəsilə yeni topologiya yaradıb (http://www.technet.az/2013/09/26/lync-server-2013-2-new-topology/) “Publish” etdik (http://www.technet.az/2013/09/27/lync-server-2013-3-publishtopology/), daha sonra “Lync” komponentlərini yüklədik. Növbə yetdi “Certification Authority (CA)” servis qurulmuş serverimizdən “Lync” üçün sertifikat tələb etməyə. (Əvvəlki məqalədə qaldığımız yerdən davam edirik)

Step 3: Request, Install or Assign Certificates” qarşısındakı “Run” düyməsini sıxaraq serifikat tələblərini yerinə yetiririk. Bunun üçün Sistemimizdə “Certification Authority (CA)” server qurulmuş olmalıdır. Məqaləmizin birinci hissəsində də qeyd etdiyimiz kimi bizim sistemimizdə  “Certification Authority (CA)” server “Domain Controller” üzərindədir.

(“Certification Authority (CA)” qurulumu üçün http://www.technet.az/2013/09/22/vpn-uz%C9%99rind%C9%99n-nap-1/   keçidinə nəzər sala bilərsiniz)

Lync57

Certification Authority (CA)” qurulmuş serverdən sertifikat tələb etməliyik. Bunun üçün “Default certificate” seçilmiş halda “Request” seçərək sertifikatımızı tələb edirik.

Lync58

Məlumatlandırma pəncərisində “Lync server” üçün  üç ədəd “Server Default“, “Web services internal” və “Web services external” sertifikat tələb olunacağı bildirilir. “Next” deyərək davam edirik.

Lync59

Send the request immediately to an online certification authority” (Sertifikat tələbinin hal-hazırda yerinə yetirilməsi üçün) qutucuğu işarələyərək davam edirik.

(“Prepare the request now, but sent it later” seçimi isə sertifikat tələbini hazırlayıb, daha sonra göndərmək üçün seçilə bilər)

Lync60

Sertifikat tələb edəcəyimiz “Certification Authority (CA)” serveri seçərək davam edirik.

Lync61

Certification Authority (CA)” üçün xüsusi bir istifadəçi varsa daxil edirik. Əks halda heç bir dəyişiklik etmədən “Next” seçirik.

Lync62

Specify Alternate Certificate Template” (Alternativ sertifikat şablonu) addımında heç bir dəyişiklik olunmadan davam edirik.

Lync63

Tələb etdiyimiz sertifikat üçün ad təyin edib, bit uzunluğunu dəyişdirmədən davam edirik.

Lync64

Organization Information” bölməsində “Organization” məlumatlarını daxil edirik.

Lync65

Geographical Information” addımında isə bölgə məlumatlarımızı qeyd edirik.

Lync66

Növbəti pəncərədə “DNS Manager“-də yaratdığımız recordları görürük.

Lync67

SIP Domain” adını işarələyirik.

Lync68

Additional Domain” olmadığı üçün bu pəncərədə heç bir qeyd aparmırıq.

Lync69

Bu ana qədər seçdiyimiz konfiqurasiyalar görünməkdədir. Heç bir dəyişikliyimiz yosdursa “Next” deyib davam edirik.

Lync73

Request Certificate” əməliyyatı uğurla tamamlanmışdır. “Next” deyərək növbəti addıma keçirik.

Lync74

Sertifikatın əlavə olunması üçün “Assign this certificate to Lync Server certificate usages” (Lync server istifadəsi üçün bu sertifikatı əlavə et) qutucuğunu işarələyərək “Finish” düyməsini sıxırıq.

Lync75

Məlumatlandırma ekranını keçirik.

Lync76

Certificate Assignment Summary” pəncərəsində sertifikata aid məlumatları görə bilərik. Davam edirik.

Lync77

Gördüyümüz kimi sertifikat əlavə etmə əməliyyatı tamamlanmışdır. “Finish” deyərək yekunlaşdırırıq.

Lync78

Yuxarıdakı ardıcıllıq üzrə eyni əməliyyatları “OAuthTokenIssuer” üçün də yerinə yetirməliyik.

Lync79

Gördüyümüz kimi sertifikatlar “Certification Authority (CA)” serverdən tələb olunmuş və əlavə edilmişdir.

Lync80

Step 4: Start Services” qarşısındakı “Run” düyməsini sıxaraq “Lync” servislərini işlək vəziyyətə gətirməliyik.

Lync81

Məlumatlandırma pəncərəsini keçirik.

Lync82

Və “Finish” deyərək yekunlaşdırırıq.

Lync83

Servislərin işlədiyini “Services” bölümündən də görə bilərik.

Artıq “Lync” serverin qurulması tamamlanmışdır. Artıq istifadəçilərimizi əlavə edərək “Lync” vasitəsilə ünsiyyətlərini təmin edə bilərik.

Lync84

Bunun üçün “Lync Server Control Panel” işlədərək və ya web browserdə https://admin.domainadı yazıb, istifadəçi məlumatlarını daxil etdikdən sonra idarəetmə panelinə keçə bilərik.

Lync85

Gördüyümüz kimi idarəetmə paneli qarşımızdadır. (Ancaq ilk məqaləmizdə qeyd etdiyimiz kimi sistemimizdə “SilverLight” yüklənmiş olmalıdır)

Lync86

Artıq bütün tənzimləmələrimizi buradan həyata keçirəcəyik. Növbəti məqaləmizdə istifadəçilərimizi əlavə etməyi və ünsiyyətlərinin təmin olunmasına nəzər yetirəcəyik. Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək və yararlı olması ümidi ilə.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın