Lync Server 2013 (3) (PublishTopology)

Salam, Əziz Dostlar. “Lync Server 2013” məqaləmizin üçüncü hissəsindəyik. Əvvəlki bölümdə “Topology Builder” üzərində yeni topologiyamızı yaratmağı nəzərdən keçirmişdik.

http://www.technet.az/2013/09/26/lync-server-2013-1-prepare-active-directory/

http://www.technet.az/2013/09/26/lync-server-2013-2-new-topology/

Artıq yeni topologiyamız hazırdır. Ancaq bəzi dəyişikliklər etmək lazım gələcək.

Lync35

Bunun üçün “Topology Builder” səhifəsində “Lync Server” üzərində sağ düyməni sıxmaqla “Edit Properties” əmrini seçirik.

Lync36

Administrative access URL” bölümünə “https://admin.domainadı” yazırıq. “Front End Server to install Central Management Server on” bölümündə iə “Lync” qurulmuş serverimizi seçirik.

Lync37

Ok” düyməsini sıxaraq dəyişiklikləri yadda saxlayırıq.

Növbə yetdi yaratdığımız topologiyanı “publish” etməyə.

Lync45

Bunun üçün yenə də “Lync Server” üzərində sağ düyməni sıxaraq “Publish Topology” əmrini seçirik.

Lync46

Məlumat ekranını “Next” deyərək keçirik.

Lync47

Select the Front End pool…” bölümündə “Lync” serverin ünvanını seçərək davam edirik.

Lync48

Publish Topology” əməliyyatımız da uğurla tamamlandı. “Finish” deyərək yekunlaşdırırıq.

Bu addımdan sonrakı əməliyyatlarımız “Lync” serverin yüklənməsi və komponentlərinin qurulması ilə əlaqədar olacaq. Əvvəlcə “Deployment Wizard” pəncərəsinə qayıdırıq.

Lync49

Install or Update Lync Server System” seçərək davam edirik.

Lync50

Step 1: Install Local Configuration Store” qarşısındakı “Run” düyməsini sıxaraq  “Publish topology” zamanı yaradılmış “Central Management Store” ilə replikasiya əməliyyatını başladırıq.

Lync51

Central Management Store” da eyni server üzərinə qurulduğundan “Retrieve directly from the Central Management store” (yəni eyni server üzərində olduğundan bir başa çağırma ilə) qutucuğu işarələnir. İkinci “Import from a file” qutucuğu isə “Edge” rule qurulacağı zaman istifadə olunacaqdır.

Lync52

Və gördüyümüz kimi bu əməliyyat da uğurla tamamlanmışdır. “Finish” deyərək yekunlaşdırırıq.

Lync53

İkinci əməliyyatı yerinə yetirmək üçün sistemimizdə “Media Foundation” servisi yüklü olmalıdır.

Lync54.1(Media foundation)

Növbəti addımda “Step 2: Setup or Remove Lync Server Components” qarşısındakı “Run” əmrini icra edərək “Lync” komponentlərinin qurulmasını təmin edirik.

Lync55

Məlumatlandırma pəncərəsini “Next” deyərək keçirik.

Lync56

Bu əməliyyat da bitdikdən sonra “Finish” deyərək yekunlaşdırırıq. Artıq “Lync” komponentləri də yüklənmiş vəziyyətdədir.

Növbəti məqalədə “Step 3: Request, Install or Assign Certificates” seçərək “Certification Authority (CA)” qurulmuş olan serverdən sertifikat tələblərini və bu sertifikatların “Lync” üzərinə mənimsədilməsini nəzərdən keçirəcəyik.

Görüşmə ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın