Lync Server 2013 (1) (Prepare Active Directory)

Salam, Əziz Dostlar. Bundan sonrakı bir neçə məqalədə biz “Lync Server 2013”  -ün qurulmasına və ilkin konfiqurasiyalarına nəzər yetirəcəyik. Bir az geniş mövzu olduğu üçün hissələrə bölməyi daha məqsədə uyğun sayaraq birinci hissəyə başlayırıq.

Lync Server” nədir? – “Lync Server” proqram əsaslı ünsiyyət platformasıdır. Lync sayəsində istifadəçilər bir-birilərinin “online” vəziyyətlərini görə bilər, anlıq mesaj göndərə, səsli və videolu danışıqlar apara, konfranslar təşkil edə və ya hazırki konfransa qoşula bilərlər. Lync-in Windows, MAC sistemli kompüterlər üçün, həmçinin İOS və Android əməliyyat sistemli mobil cihazlar üçün də client proqramları mövcuddur. “Lync Server“-in “Exchnage Server“-ə inteqrasiyası da mümkündür ki, gələcək məqalələrdə bu haqda bəhs edəcəyik.

Lync 2013 üçün sistem ehtiyaclarını aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://technet.microsoft.com/en-us/library/gg398588.aspx

İndi isə ” Windows Server 2012” üzərinə “Lync 2013“-ün qurulmasını həyata keçirək.

Bizim şəbəkədə bir ədəd “Active Directory”, “DNS” və “Certification Authority (CA)” qurulmuş ” Windows Server 2012 standart” və bir ədəd də “Lync 2013” qurulacaq serverimiz (Windows Server 2012 Datacenter) mövcuddur.

İllk olaraq sistemimizin “Lync 2013” üçün hazırlanmasına ehtiyac vardır. Bunun üçün bəzi servislər və “SilverLight” yüklənməlidir.

“SilverLight”  http://www.microsoft.com/silverlight/  bu linkdən yüklənə bilər.

Lazım olan servisləri “Server Manager” ->”Add roles and features” yolundan yükləyə biləcəyimiz kimi, “Power Shell” üzərindən də qura bilərik.

Lync1

Windows Power Shell” “Administrator” hüququ ilə işlədilməlidir.

Power Shell” üzərindən aşağıdakı əmrləri icra edərək servisləri qururuq.

Import-Module ServerManager

Add-WindowsFeature Web-Server, Web-Static-Content, Web-Default-Doc, Web-Scripting-Tools, Web-Windows-Auth, Web-Asp-Net, Web-Log-Libraries, Web-Http-Tracing, Web-Stat-Compression, Web-Default-Doc, Web-ISAPI-Ext, Web-ISAPI-Filter, Web-Http-Errors, Web-Http-Logging, Web-Net-Ext, Web-Client-Auth, Web-Filtering, Web-Mgmt-Console, Web-Asp-Net45, Web-Net-Ext45, Web-Dyn-Compression, Web-Mgmt-Console

Lync2.1

Add-WindowsFeature Windows-Identity-Foundation

Lync2.2

Qarşıdakı addımlarda xəta almamaq üçün “Remote Server Administration Tools” servisi də qurulmalıdır.

Lync2.4

Servislər qurulduqdan sonra server yenidən başladılır.

Qeyd:  “Domain Administrator” ilə logon olunması vacibdir.

Artıq “Lync” DVD-sindən ya da yükləmə qovluğundan “Setup” faylını işlədərək yükləməyə başlaya bilərik.

Lync2.3

İlk qarşımıza çıxan bildiriş sistemimizə “C++” qurulması ilə əlaqədardır. “Yes” deyərək bu qurulmanı da həyata keçiririk.

Lync3

Bu pəncərədə isə “Lync Server“-in qurulacağı disk və qovluq göstərilir. “Install” deyərək davam edirik.

Lync4

Sözləşmə məlumatları qeyd olunan bu pəncərədə “I Accept the terms in the license agreement” qutucuğunu işarələyərək lisans sözləşməsini qəbul edirik.

Lync5

Artıq “Lync 2013” yükləmə sehirbazı  görünməkdədir. İlk əvvəl “Prepare Active Directory” seçərək “Active Directory“-ni “Lync” qurulması üçün hazırlamalıyıq.

Lync6

Bu addımların uğurla yerinə yetirilməsi üçün serverimiz üzərində “AD DS (Active Directory Domain Services) və AD LDS( Active Directory Lightweight Directory Services ) Tools” servisləri qurulmuş olmalıdır. (Bu servisləri  yuxarıdakı şəkildə göstərdiyimiz kimi “Remote Server Administration Tools” yükləyərkən qurmuşuq)

Step 1: Prepare Schema” (Schema hazırlanma mərhələsi üçün) qarşısındakı “Run” düyməsini sıxırıq.

Lync7

İlk pəncərə “Lync Server” üçün “schema” genişləndirilməsi olacağını bildirir və “Next” deyərək davam edirik.

Lync8

Executing Commands” – yəni əməliyyat icra olunması pəncərəsində “Task status: Completed” yazısı heç bir xəta olmadan əməliyyatın uğurla yerinə yetirildiyini bildirməkdədir. “Finish” deyərərk bu addımı yekunlaşdırırıq.

Lync9

Gördüyümüz kimi “Prepare Schema” addımı uğurla tamamlanmışdır.

Step 2: Verify Replication of Schema Partition” addımı sutrukturumuzda bir “Active Directory” qurulmuş olduğu üçün ehtiyac olmamaqdadır.

Növbəti addımda “Step 3: Prepare Current Forest” mövcud “Forest“-in hazırlanmasına keçirik.

Lync10

Lync11

Tək domain-ə sahib olduğumuz üçün “Local Domain” seçərək davam edirik. Növbəti pəncərədə “Finish” deyərək bu addımı da yekunlaşdırırıq.

Bu addımdan sonra “Active Directory Users and Computers“-də “CSAdministrator” qrupunun  yarandığını görürük.

Lync11-12

Administrator” istifadəçisini “CSAdministrator” və “RTCUniversalServerAdmins” qruplarına əlavə etməliyik.

Növbəti addımda isə “Prepare Current Domain” bölümündən mövcud domain-imizi hazırlayırıq.

Bu hazırlanmanı da uğurla yerinə yetirdikdən sonra “Back” deyərək əsas yükləmə ekranına qayıdırıq.

Lync13

Şəkildən də gördüyümüz kimi “Prepare Active Directory” bölümü tamamlanmışdır. Yəni “Lync Server” qurulması üçün sistemimiz hazır vəziyyətdədir.

Məqaləmizin birinci hissəsinin sonuna gəldik, Əziz Dostlar. İkinci hissədə görüşmə ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın