Windows Server 2008 R2-də RD Web Access qurulması
Bu məqaləmizdə Sizlərə Windows Server 2008 R2-də RD Web Access qurulması haqqında məlumat verəcəyik. RD Web Access vasitəsilə start menyusu və ya brauzer üzərindən serverdə olan proqramlardan istifadə edə və ya serverə qoşula bilərsiniz. Bu əməliyyat proqramların virtuallaşdırılması kimi də başa düşülə bilər. İstifadəçi klient kompüterdə Web Access qurulan zaman göstərilmiş linki öz brauzerində daxil edir. Müvafiq istifadəçi adı və şifrəni daxil etdikdən sonra icazə verilən proqramların siyahısı brauzerdə əks olunur və istifadəçi bu proqramlardan istifadə edə bilir. Qeyd olunan imkanların sazlanması və istifadəsi barəsində növbəti məqalələrimizdə məlumat verəcəyik.
İndi isə RD Web Accessin qurulmasına baxaq.
Server Manager`ə daxil oluruq. Əvvəlki məqaləmizdə RD Session Host qurulması apardığımız üçün Remote Desktop Services rolu qurulmuş vəziyyətdədir. RD Web Access`i əlavə etmək üçün Remote Desktop Services seçirik, daha sonra şəkildə işarə olunduğu kimi Add Role Services seçirik.
Role Services pəncərəsində Remote Desktop Web Access seçirik.
Yuxarıda qeyd olunan seçimi etdikdə əgər serverimizdə İİS qurulmayıbsa, aşağıdakı şəkildə əks olunduğu kimi İİS-ə aid xidmətlərin əlavə edilməsi tələb olunur. Add Required Role Services seçərək davam edirik.
Bu hissədə İİS haqqında ümumi məlumat verilir. Next edərək davam edirik.
Role Services bölməsində İİS serverlə birlikdə əlavə olunacaq xidmətlərin siyahısı əks olunur. İstədiyə uyğun olaraq başqa xidmətləri də aktivləşdirə bilərik. Əgər standart formada lazım olan xidmətləri saxlamaq istəyiriksə, heç bir dəyişiklik etmədən Next edirik.
Artıq RD Web Accessin qurulması üçün lazımı əməliyyatları aparıldı. Aşağıdakı şəkildə Susmaya görə RD Web Access saytının linki işarələnmişdir. Install edirik və RD Web Access qurulmağa başlayır.
Proses yekunlaşdıqdan sonra Close edirik.
Artıq istifadəçi kompüterlərindən qeyd olunan linkə daxil ola bilərik.