HP Product Bulletin proqramı haqqında
Salam əziz dostlar. Bir neçə gün öncə Texnologiya Azərbaycan Qrupunun dəstəyi ilə HP Şirkətinin təşkil etdiyi HP BladeSystem Administration kursunda iştirak etdim. Orda tanış olduğum bu möcüzəli proqram haqqında yazaraq TechNet və oxucularımız qarşısındakı borcumu məmnuniyyətlə ödəmək istəyirəm.
Bu proqram nə üçündür, nə işə yarayır? – HP məhsulları haqqında xaraktersitik məlumat bazası olduğunu, istifadəçilərə bu məhsulları almaq, onlar haqqında öyrənmək, qarşılaşdıqları xarakterik sualları cavablandırmaq və onları həll etmək üçün əvəzolunmaz bir resursdur. Proqramı aşağıdakı keçiddən ödənişsiz endiririk və bilgisayarımıza quraşdırırıq.
HP Product Bulletin Proqramını yüklə
Proqramı yükləmək sadəcə İRƏLİ düymələrindən ibarət olduğundan addım-addım izahını vermirik. Yüklədikdən sonra proqramı açarkən görürük ki, yenilənmə olması vacibdir.
Yenilənmə üçün, birinci tənzimləmələri aparmalıyıq. Bu tənzimləmələri istədiyimiz vaxt Update –>Update Settings bölməsində edə bilərik.
Yeniləmə tənzimləmələrində Data Groups-un altında Quick Specs, Product Data Sheets və Product Photo Library seçimləri var.
Quick Specs – Worldwide – bütün dünya üzrə olan məlumatları, U.S – Amerika Birləşmiş Ştatları üzrə olan məlumatları və Europe, Middle East and Africa – Avropa, Orta Şərq və Afrika üçün olan məlumatları özündə birləşdirən bazalardır. Bizə uyğun olanını və ya hər üçünü seçə bilərik.
Product data Sheets – Məhsullar haqqında ümumi spesifik göstəricilərini PDF formasında bizə təqdim edir.
Product Photos – Məhsulların şəkillərini bir bazada cəmləşdirir.
Worldwide QucickSpecs-in qarşısında File Supcriptions bölməsində hansı məhsulların yenilənməsini istədiyimizi seçə bilirik. Və Select Retired Products by Date seçimi ilə hansı tarixdən satışı dayandırılmış olan məhsullar haqqında məlumatın alınmasını istədiyimiz qeyd edirik.
Connection Settings bölməsində yeniləmələrin internet və ya xüsusi bir yerdən aparılmasını və Proxy tənzimləmələrimiz qeyd edirik.
Digər pəncərədə yeniləmələrin aparılacağı həftə günlərini və saatı seçir, yenilənməyə başlamazdan öncə xəbərdarlıq tənzimləməsini edirik.
Release Candidates – bölməsində proqramın yeni versiyaları haqqında məlumatlandırılmaq istədiyimizi işarə edirik.
Bu tənzimləmələrdən sonra yeniləmənin tamamlanmasını gözləyirik. Bütün lazımlı məlumatları toplayır. Proqramın ilk səhifəsində bütün məhsulların qruplarla sıralanması işimizi çox asanlaşdırı. Biz onlara bir-bir baxmırıq, əlimizdə olan HP ProLiant DL360p Generation 8 (Gen8) axtarırıq. Server haqqında çıxan bütün məlumatlar asanlıqla köçürülə biləndir. Sadəcə Copy etməklə istədiyimiz məlumatı və ya şəkili mail ilə göndərə və ya saxlaya bilərik.
Seçdiyimiz Server haqqında Yenilikləri (What’s New), Standart Funksiyaları (Standard Features), Keş yaddaşı (CacheMemory), Çipset (Chipset), Təzələnə bilmə qabiliyyəti (Upgradeability), Yaddaş Qorunması (Memory Protection), Yaddaş (Memory), Şəbəkə Cartları (Network Controller), Genişlənmə yuvaları (Expansion Slots), Saxlanc (Storage Controller), Maksimim Daxili Yaddaş (Maximum Internal Storage), Elektrik Xüsusiyyətləri (Power Specifications), Soyutma sistemi (System Fans), Dəstəklədiyi əməliyyat sistemi və proqram təminatı (Operating Systems and Virtualization Software Support for ProLiant Servers), və Təminat (Warranty) kimi lazımlı məlumatları detalları və internet keçidləri ilə birgə əldə etmiş oluruq.
Bu məlumatlara həmçinin avadanlıqların detal nömrələri (Part Number) də daxildir. Bu nömrələr ilə biz istədiyimiz detalı sifariş verə bilərik. Bunun üçün həmin detal nömrəsinin üzərində sağ düymə açaraq Internet Price seçirik.
Bizə lazım olan məhsulu seçirik və məhsulun qiymətini manatla öyrənmək üçün aşağıdakı şəkilə diqqət yetiririk.
Pəncərədə birinci xana ABŞ Doları ilə tapılan qiymət, Dolların manata olan nisbəti (Şərti olaraq 0,78 götürürəm), ala biləcəyimizi endirmə faizi və manatla qiymətdir.
[highlight]Qeyd: İnternet qiyməti ilə yerli təmsilçi qiyməti fərqlənə bilər. Dəqiqlik üçün təmsilçi şirkət ilə qiymətləri dəqiqləşdirin. [/highlight]Tapdığımız detaldan sifariş vermək və ya qiymət siyahısı hazırlamaq istəsək Add to Quote deyirik və Quick Quote pəncərəsinə keçirik.
Burda Firma məlumatlarımızı daxil edirik, kim tərəfindən hazırlandığını və neçə gün ərzində qiymətlərin dəyişə bildiyini qeyd edirik. İstədiyimiz fayl formatını seçib saxlayırıq.
Və nəticədə belə gözəl bir hesabat əldə etmiş olduq.
Əgər hər hansı məhsulun şəkilini görmək istəsək Data Source-dan Product Photo seçirik. İndi proqram məhsulların arxa və ön tərəfdən çəkilmiş şəkillərini bizə göstərəcək.
Əgər PDFdə ümumi xarakteristika istəyiriksə, Data Source-dan Worldwide Products Data Sheet seçirik. Məhsulların ümumi xarakteristikası əlinizdədir.
Dostlar, bu proqram HP Məhsulları ilə işləmək üçün həqiqətən də çox lazımlıdır. Nəzərə alsaq ki, məhsullar günü-gündən yenilənir və bir çoxu da artıq “köhnə”lərin siyahısına düşür, o zaman sizə yardımçı olan bir proqram var. Güman edirəm ki, siz də işlədib tam razı qalacaqsınız. Gələn məqalələrdə görüşənədək..
Şərhlər ( 1 )
Elvin bəy, təşəkkür edirəm. Maraqlı və mənim üçün çox önəmli məlumat oldu.