CPU nədir? CPU (prosessor) alanda nələrə diqqət etməliyik?
Salam.Bu mövzunu günümüzdə ən aktual olan suala həsr etmək istəyirəm.Hansı prosessoru seçmək?Tez –tez forumlarda qarşılaşdığım,problemə çevrilən bu mövzuya müraciətimin bir səbəbi də Fərhad qardaşımın bu mövzu haqqında yazmağımı istəməyi oldu.Rastlaşdığım əksər forumda bu suala cabab kimi sadəcə loru şəkildə kor-koranə rəylər oldu.Bu məqaləmi bir başa məsləhət kimi yazmayacam.Bacardığım qədər günümüzdə aktual olan CPU-lar haqqında məlumat verəcəm,sizi onların xarakteri,növləri,parametrləri barədə tanış edəcəm,və nəhayətində siz ölçüb-biçib özünüz qərar verə biləcəksiniz.Əyər sizin CPU haqqında məlumatınız yoxdursa,və ya az məlumatlısınızsa,sizə məsləhət görürəm ki,saytımızda CPU haqqında çox gözəl məqalə var.O məqaləni mütləq oxuyun.Bu məqalədə isə sizə brendlər və prosessorıarın arxitekturası haqqında məlumat olacaq.Bu gün istifadə olunan CPU lar “İntel” və “AMD” firmasının məhsullarıdır.Müəyyən dövrlərdə bir biri ilə rəqabətə girən və bir birinə qələbə çalaraq önə keçən firmalar bizə daha sürətli və keyfiyyətli prosessorlar təqdim etmişlər.Hər bir mütəxəssisin simpatiya bəslədiyi bir brend var.Amma hamı özü üçün uyğun “İntel”-in məhsullarınl sayır.Mən “AMD” prosessoru ilə notebook alanda,tanıdığm bəzi insanlar mənə niyə AMD A8 yerine Core i5 almadın? sualina isə cavabım bu olur ki,Gücüm buna çatdı,eyni zamanda mənim üçün keyfiyyətdə eynidirler.Əsas səbəb də var,və siz axırda onu biləcəksiniz .Əslində CPU alanda ilk növbədə mütləq Ana kartınızı nəzərə almalısınız.Alacağınız CPU ana kartın üzərindəki yuvaya uyğundurmu? Ana kartınız bu CPU-nu dəstəkləyəcəkmi? Bunu dəqiqləşdirəndən sonra,uyğun CPU almaq lazımdır.Bəs bizə uyğun CPU-nu necə təyin edək?Əlbətdə teniki göstəricilərin köməyi ilə.Bu göstəricilər CPU nun üzərində yazılı olur.Biz isə bu ardıcıllığı nəzərə alırıq:
- İstehsalçı (AMD və ya İntel)
- Texniki göstəricisi
- Markalanma və arxitekturası
- Yuvasının tipi (soket)
- Prosessorun takt tezliyi
- Nüvə sayı
- Keş yaddaşı
- Enerji sərfiyyatı və soyuma
- İstifadə olunan texnologiya (Nə qədər təzədirsə,deməli texnologiyası da o qədər mükəmməldir)
Hansı CPU-nu seçməli?
İlk növbədə prossesorun gücünə diqqət edin,onun texnoloji prosesi ilə maraqlanın.Mağazalarda sizə 130 nm,90 nm və 45 nm ,prosessorlar təklif edə bilərlər.Əyər siz çevrə dostu olmasanız belə,düşünməlisiniz ki,rəqəm nə qədər kiçikdirsə,deməli daha yüksək texnologiya ilə hazırlanmış,elektrikə qənaət edən,az istilik verən,daha güclü,və aşağı qiymətə prosessor əldə etmiş olursunuz.(qiymətin lap aşağı olmağına da aludə olmayın,əks təqdirdə kədərlənə bilərsiniz)
Nüvə sayı ilə maraqlanın.İndi 5 Ghz prosessor görə bilməzsiniz,çünki o mövcud deyil.Əslində illər əvvəl hətta 10 Ghz prosessorlar da düşünülmüşdü,amma sonradan məlum oldu ki,onun ayrdiğı təkcə istiliyə heç bir korpus,və hissə dayana bilməz.Ona görə də çoxnüvəli prosessorlar meydana gəlməyə başladı.Əlbətdə bu aksiomdur ki,nüvə sayı nə qədər çoxdursa,prosessor da o qədər güclüdür.
Markalanma,arxitektura, və kod adı
Hər bir istehsal olunmuş prosessor xüsusi markalanır ki,bu markalanma onun aid olduğu ailəni və xarakteristikanı təyin edir.Bunu oxumağı bacarsaq,prosessor buraxıldığı və arxitekturası barədə dəqiq məlumat almağa kömək edir.
Məsələn:
İntel Core 2 Duo –nun bele adları var- Lynfield,Nehalem və s.. AMD-də Piledriver,Buldozzer,Trinity…
Yuva (Socket)
Yuxarıda qeyd etdim ki,hər anakartın dəstəklədiyi bir ölçü var.Bu ölçülərin adları var.məs: LGA 775,1155,1156, vəs.. AMD –də AM3, AM3+,FM1 vəs.. İntel soketlərinin adlarını dəqiq bilirəm ki,prosessorun iynələrinin sayına görə verilir.Məsələn LGA 775 prosessorlarına bu adı iynələrinin sayı 775 ədəd olduğu üçün verilir.
Takt tezliyi
Takt tezliyi prosessorun məhsuldarlığını gözstərən ən gözəçarpan vasitədir.Əyər bir prosessorun takt tezliyi 2.6 Ghz təşkil edirsə,deməli pu prosessor saniyədə 2 milyard 6 yüz milyon saat zərbəsi ilə işləyir.Əyər bu prosessor iki nüvəlidirsə,məsələn: Core 2 Duo demeli eyni anda iki prosessor işləyir,və məhsuldarlıq 2-yə vurulur.İntel və AMD fərqli taktlarla işləyir.Amma prosessorun göstəricisi yüksəkdirsə,komputer də o qədər yüksək məhsuldarlıqla işləyir fikiri yalnışdır.Bu belə deyil.Burada RAM,və Şin amilləri də əsasdır.Hal hazırda 128 bit yol genişliyində prosessor mövcüddür,amma populyar deyil.Bazarda x64 və x32 prosessorlar geniş yayılıb.(Cünki x128 prosessorları yalnız indi Windwos 8 dəstəkləyir.)Fikrinizi x86 rəqəmi qarışdıra bilər.Bu elə x32 prosessorlardır.Əyər komputerinizin RAM 4Gb və ya yüksəkdirsə,onda x64 prosessorlar seçin.Çünki, 32 bitlik prosessorlar 3,7 GB-dan yuxarı RAM-ı “görmür”.Ümumiyyətlə çalışın 64 bitlik prosessor alın.
Nüvə sayı
Nüvə saylarına diqqət edin.Siz kvadro prosessor alırsınızsa,( 4 nüvəli).Bu,yüksək hesablamalar üçündür.Əyər siz sadəcə ofis üçün prosessor alırsınızsa, iki nüvəli prosessorlar sizə yetər,boşuna pul xərcləməyin.Pentium,Seleron kimi prosessorlara da pul verməyin,onların dövrü artıq leçib.(Hələ də ucuz notbukların üstündə təklif edilir)
Keş yaddaş
Çox vaxt diqqət edilmir,amma vacib amillərdən biridir.Mən bir dəfə satıcıdan,keş yaddaşın nə işə yaradığını soruşduqda,o mənə səhifələrin tez açılması üçündür cavabınl verdi.Prosessor Ram la müştərək işləyir.Yəni,RAM.ona emal edəcəyi məlumatı yollayır,keş yaddaş məlumatı qebul edir,və prosessora ötürür.Mən keş yaddaşı prosessorun ovucuna bənzədirəm.Deməli prosessorun əlləri nə qədər böyükdürsə,bir o qədər çox məlumatı qəbul edə və emal edə bilərJ.Keş yaddaşların da səviyyələri mövcuddur və L1, L2, L3 kimi işarələnir.fərqləri nədir?
L1 – Birinci səviyyəli keş.kiçikdir,(16 – 128 kilobayt) amma çox sürətlidir.hətta deyim ki,prosessorun takt tezliyi ilə bərabər işləyir.
L2 – L1 qədər sürətli olmasa da,ondan həcmcə böyükdür.
L3 – Həcmi böyükdür (6-16 mb)
Markalanma
Alış zamanı əyər siz markalanmanı bilsəniz,sizi heç kim aldada bilmməz.yaxşı olar ki yazacağım parametrləri əzbərləyə bilməsəniz belə,qeyd edin ki,alış zamanı sizinlə olsun.
AMD prosessorları ilə davam edirəm.
Prosessorun markası:
- A – AMD Athlon
- H – AMD Phenom
- S – AMD Sempron
- O – AMD Optheron
Prosessorun təyinatı:
- D – Desctop – Stolustu koputerlər üçün
- E – Embedded server – Xüsusi serverlər üçün
- S – Server Serverlər üçün
Soyutma sisteminə görə sinifləndirmə
Prosessorun korpusu
Keş yaddaşın həcmi
İndi isə bu prosessoru təyin edək.
Şəkildə HD8750WCJ3BGH markalanma ilə AMD prosessor görürük.İndi Əldə etdiyimiz məlumatlara əsaslanaraq,bu şifrənin nə olduğunu təyin edək:
- H- AMD Phenom ailəsinə mənsub olduğunu görürük
- D- Desctop- yəni masaüstü komputerlər üçün nəzərdə tutulub
- 875 – prosessorun model nömrəsini göstərir
- WC – 95w olduğunu göstərir.
- J – AM2r2 korpusunda yığıldığını göstərir
- 3 – Nüvənin sayını göstərir
- B – keş yaddaşın həcmini göstərir (L2 512 kb)
- GH – Prosessorun yoxlanma kodu
Bu məqalədə bacardığım qədər CPU ları sizə tanıtmağa çalışdım.Siz maqazinlərdə satıcının müdaxiləsi olmadan,özünüz CPU nun üst hissəsinə baxıb, bütün parametrini özünüz təyin edə bilərsiniz.
Şərhlər ( 4 )
Elmir, gözəl məqalədir!
Əllərinə sağlıq! 🙂
Beyendiyine cox sevindim 🙂
Təşəkkürlər!
Çox saq olun.