Exchange Server 2010 “Journaling” xüsusiyyəti ilə mail izləmə

Salam, Əziz Dostlar. Bu məqaləmizdə”Exchange Server“-in “Journaling” xüsusiyyəti haqqında söhbət açacağıq.

Journaling” maillərin izlənilməsi və göndərilmiş hər bir mailin başqa bir ünvanda saxlanılmasını təmin edən xüsusiyyətdir.

İki növ “Journaling” xüsusiyyəti vardır: “Standart Journaling” və “Premium Journaling“. “Standart Journaling” xüsusiyyəti “Mailbox Database“-lər üzərində həyata keçirilir. “Premium Journaling” isə şirkət tələblərinə uyğun müəyyən istifadəçilər və ya qruplar üzərində izləmə aparmağımıza imkan verir.

İlk olaraq “Standart Journaling” xüsusiyyətinə baxaq.

Journaling9

Hər hansı bir “Mailbox Database” üzərində “Journaling” xüsusiyyətini aktivləşdirmək üçün “EMC” (Exchange Management Console) üzərində “Organization Configuration“->”Mailbox” yolunu izləyərək “Database Management” başlığı altında “Mailbox Database” seçirik. Və “Proporties” (Xüsusiyyətlərə) daxil oluruq.

Journaling10

Maintenance” başlığı altında “Journal Recipient” qutucuğunu işarələyərək maillərin hansı ünvana yönləndiriləcəyini seçirik. Beləliklə Seçdiyimiz “Mailbox Database“-ə aid olan istifadəçilər mail göndərdiyi və ya qəbul etdiyi halda eyni maillərin bir nüsxəsi təyin etdiyimiz mail ünvanına yönləndiriləcək. Eyni funksiyanı “Exchange Server“-imizdə olan bütün “Mailbox Database“-lər üçün aktiv edə bilərik.

“Premium Journaling” vasitəsilə isə xüsusi mail ünvanlarına və ya qruplara “Journalling” xüsusiyyətini tətbiq etmək mümkündür.

Bu məqalədə yaratdığımız yeni “Journal Rule” vasitəsilə bir istifadəçinin izlənilməsini təmin edəcəyik.

Bunun üçün “EMC” (Exchange Management Console) açırıq və “Organization Configuration“->”Hub Transport” bölümündən “Journal Rules” başlığı altına keçirik.

Journaling2

Burada sağ menyudan və ya mausun sağ düyməsini sıxaraq “New Journal Rule” əmrini seçərək davam edirik.

Journaling3

Yeni yaradacağımız rulu adlandırırıq. Biz burada izləyəcəyimiz istifadəçinin adından istifadə etmişik. “Send Journal report to e-mail address” bölümündə izlənəcək maillərin bir nüsxəsinin hansı ünvana göndəriləcəyini təyin edirik. “Scope” bölümündən isə “Global-all messagess” (bütün maillər), “Internal-internal messagess only” (yalnız şirkət daxili maillər), “External-messages with an external sender or recipient” (şirkət xaricinə göndərilən və ya qəbul olunan maillər) seçimlərindən birini edə bilərik.

Journal messages for recipient” bölümündən isə izləyəcəyimiz istifadəçinin mail ünvanını təyin edirik.

Qeyd: Əgər burada heç bir ünvan qeyd etməsək bütün ünvanlar izləniləcəkdir.

Premium Journaling” istifadə etmək üçün “Exchange Enterprise Client Access License” (CAL) ehtiyacımız vardır. Ətraflı məlumat üçün http://office.microsoft.com/en-001/exchange/microsoft-exchange-server-licensing-licensing-overview-FX103746915.aspx linkdən istifadə edə bilərsiniz.

Bütün qeydlərimizi yekunlaşdırdıqdan sonra “New” deyərək qaydamızı yaradırıq.

Journaling4

Completion” (Tamamlama) addımında isə rule haqqında ümumi məlumatlar görünür və “Finish” deyərək yekunlaşdırırıq.

Journaling5

Gördüyümüz kimi artıq “Journal Rules” bölümündə qaydamız hazırdır.

Artıq qaydamızın işlək vəziyyətdə olub olmadığını yoxlaya bilərik. İzləyəcəyimiz istifadəçinin mail ünvanından mail göndərək.

Journaling6

Turqut” adlı istifadəçimizə mail göndəririk. Və qaydamıza görə bu mailin bir nüsxəsi də “Administrator” mail ünvanına yönləndirilməlidir. Maili göndəririk və yoxlama üçün “Administrator” ünvanına baxaq.

Journaling7

Gördüyümüz kimi istifadəçimizin göndərdiyi mailin bir nüsxəsi artıq əlimizdədir. Bu mail daxilində də hansı istifadəçinin göndərdiyini və mailin tərkibini görə bilirik.

Journaling8

Mail göndərilən ünvana da baxırıq və gördüyümüz kimi mail həqiqi ünvanına da çatdırılmışdır.

Beləliklə yaratdığımız rule işlək vəziyyətdədir.

Bu funksiyanı “Transport rules” bölümündən yeni qayda yaradaraq da həyata keçirə bilərik. (Bu haqda gələcək məqalələrimizdə söhbət açacağıq)

Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə!

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın