Exchange Server 2010 İstifadəçi qadağaları

Salam, Əziz Dostlar. Artıq bir neçə məqaləmizdə “Exchange Server 2010” üzərində  “Hub Transport rule” vasitəsilə qadağalar tətbiq etmişik. Bu məqaləmizdə isə yeni qayda yaradaraq istənilməyən istifadəçilərin şirkət xaricinə mail göndərməsinə qadağa tətbiq etməyi nəzərdən keçirəcəyik.

Bunun üçün “EMC” (Exchange Management Console) açırıq. “Organization Configuration“->”Hub Transport” yolunu izləyərək “Transport Rules” bölməsinə keçirik.

Mail qadaga1

Burada sağ menyudan, ya da sağ düyməni sıxaraq “New Transport Rule” əmrini seçirik.

Mail qadaga2

Yeni yaradacağımız qaydaya “Name” bölməsindən ad veririk və “Comment” (şərh) olaraq qaydanın hansı funksiyanı yerinə yetirəcəyini daha rahat xatırlamaq üçün qısa məlumat daxil edirik. (Qaydaların sayı artdıqca onların yerinə yetirəcəyi funksiyaları xatırlamaq bir az çətin olacaq. Ona görə də məsləhətdir ki, “Comment” bölməsinə xırda da olsa bir xatırlatma daxil edək)

Enable Rule” qutucuğu avtomatik olaraq işarələnmişdir ki, bu da qaydamızın yarandığı andan etibarən işlək olacağını bildirir.

Mail qadaga3

Növbəti “Conditions” bölümündən iki qutucuq işarələcəyik ki, bunlardan birincisi “from people” qutucuğudur. “From People” vasitəsilə hansı istifadəçilərə qadağa tətəbiq edəcəyimizi seçəcəyik.

İkinci isə “from users that are inside or outside the organization” qutucuğunu işarələyərək istifadəçilərin şirkət daxilinəmi, yoxsa şirkət xaricinəmi göndərəcəyi maillərə tətbiq olunacağını qeyd edəcəyik.

Mail qadaga4

Bu qutucuqları işarələdikdən sonra aşağıdakı pəncərədə “people” yazısına tıklayırıq və açılan “Specify sender” pəncərəsindən “Add” düyməsini sıxaraq  qadağanın tətbiq olunmasını istədiyimiz istifadəçiləri seçirik.

Mail qadaga5

Bu qaydanın seçdiyimiz istifadəçilərin şirkət xaricinə mail göndərdikləri zaman öz funksiyasını yerinə yetirməsini istədiyimiz üçün “Inside the organization (şirkət daxilinə)” seçimini “Outside the organization (şirkət xaricinə)” ilə əvəz edirik.

Mail qadaga6

Növbəti addımda, “Actions” bölməsindən qaydamızın hansı funksiyanı yerinə yetirəcəyini təyin edirik. Biz burada “Delete the message without notifying anyone” (heç kəsə xəbərdarlıq olmadan mesaj silinsin) əmrini seçmişik. Bu əmr sayəsində seçdiyimiz istifadəçi şirkət xaricinə mail göndərdiyi təqdirdə, “Exchange Server“-imiz heç bir xəbərdarlıq etmədən göndərilmiş bu maili siləcəkdir.

Exceptions” (İstisnalar) bölməsində heç bir dəyişiklik etmədən davam edirik.

Mail qadaga7

Növbəti addımda yaratdığımız qayda haqqında ümümi məlumatlar görünür və “New” düyməsini sıxaraq qaydamızı yaradırıq.

Mail qadaga8.1

Finish” düyməsi ilə yekunlaşdırırıq.

Mail qadaga8.2

Və gördüyümüz kimi “Qadağalar” adlı qaydamız “Transport Rules” bölməsindədir  və “Enabled” (Aktiv) vəziyyətdədir. Artıq təyin etdiyimiz qaydaya əsasən seçdiyimiz istifadəçi şirkət xaricinə mail göndərə bilməyəcək.

Mail qadaga9

Biz bu qaydanı yaradarkən bir istifadəçi seçimi etmişdik. Siz də tələbə uyğun bir və ya bir neçə istifadəçi seçə bilərsiniz. Şəkildən də göründüyü kimi yaratdığımız qayda üzərində sağ düyməni sıxaraq və ya sağ menyudan “Edit Rule” əmrini seçərək qaydamız üzərində dəyişiklik edə bilər, qadağa tətbiq etdiyimiz istifadəçilərin sayını artıra və ya azalda bilərik.

Bu günlük də bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərhlər ( 4 )

  1. Çox sağol Röyal bəy. Əla

  2. İnşaallah yararlı olar. Siz də sağolun Müəllim.

  3. Əladır.. Super alınıb.. Təşəkkürlər.. Ardı gəlsin..

  4. Çox sağolun. Minnətdaram. İnşaallah davamı olacaq.

Şərh yazın