Windows 8`də ISO faylların birbaşa açılması

Salam dostlar, bu məqaləmizdə Windows 8 yeniliklərinin birindən bəhs edəcəyik. Bu yenilik Windows 8 ƏS`ində 3-cü party (3rd Party)bir proqrama ehtiyac olmadan .ISO fayllarını “mount” edə bilməyimizdir. Bu halda mount etdiyimiz .ISO faylı “Computer” pəncərəsində fiziki bir disk kimi görsənəcək. Bunun üçün, .ISO faylı üzərində sağ düyməni sıxıb, “Mount”u seçirik.
1

Daha sonra heç bir əlavə əməlliyata ehtiyac olmadan Windows 8, ISO faylını “Computer”-> “Devices with Removable Storage ” bölməsində virtual bir disk yaradaraq onun üzərinə yerləşdirəcək.
2

Gördüyünüz kimi, çox asan və sürətli şəkildə artıq .ISO fayldan istifadə edə bilərik. .ISO faylla işimizi bitirdikdən sonra, diskimizin “Computer” ekranında görsənməməsini istəsək, yaradılmış disk üzərində sağ düymə “Eject” seçirik.
3

Bu əməliyyatdan sonra Windows 8 yaratdığımız virtual diski və içərisində yerləşdirilmiş ISO fayllarını “My Computer”-> “Devices with Removable Storage ” bölməsindən çıxaracaq.
4

Yararlı olması ümidi ilə.

Səs: +70. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərh yazın