Exchange Server 2010-nun Windows7 üzərindən idarə olunması
Salam, Əziz Dostlar. Bu məqaləmizdə “Exchange Management Tool“-un “Windows 7” üzərinə qurulması və “Exchange server“-in “Windows 7” üzərindən idarə edilməsi haqda danışacağıq.
Bunun üçün “Domain” şəbəkəmizə daxil olan “Windows 7 x64” əməliyyat sisteminə və “Exchange 2010” yükləmə diskinə ehtiyacımız vardır. Əvvəlki məqalələrdə “Exchange Server 2010“-nun qurulması haqqında söhbət açmışdıq. (http://www.technet.az/2012/10/15/exchange-server-2010-sazlanmasi/)
Daxil etdyiniz yükləmə diski üzərindən Setup deyərək açılacaq pəncərədən “Install Microsoft Exchange” əmrini seçərək davam edirik. Göstərilən qaydaları oxuyub müqaviləni qəbul etdikdən sonra qarşımıza çıxan pəncərədən “Custom Exchange Server İnstallation” seçirik.
“Windows 7” üzərinə sadəcə “Management Tools” quracağımız üçün bu seçimi etdik.
Digər rulların qurulması bizə ehtiyac olmadığı üçün (Çünki Exchange server üzərində bu rullar mövcuddur) buradan “Management Tolls” qutucuğunu işarələyib davam edirik.
Yuxarıdakı addımda sistemimizin qurulum üçün hazırlığı yoxlanılır. Hər şey qaydasındadırsa “Install” deyərək yükləməyə başlaya bilərik.
Bir neçə dəqiqə sonra “Management Tool” yüklənmişdir və “Finish” deyərək yekunlaşdırırıq.
Artıq “Windows 7” üzərində “Management Tool” hazırdır. Və biz “Exchange Server“-imizi “Windows 7” üzərində “EMC” (Exchange Management Console) açaraq idarə edə bilərik. Şəkildən də göründüyü kimi “Exchage Server” üzərində etdiyimiz bütün dəyişiklər burada görülməkdədir. Artıq “Windows 7” üzərindən istəyə uyğun dəyişiklər etməklə “Exchange Server“-imizi konfiqurasiya edə bilərik. Həmçinin “EMS” (Exchange Managemet Shell) üzərindən də əmrləri icra etmək mümkündür.
Qeyd: “Windows 7” üzərinə “Exchange Management Tool” qurulma və idarə olunması zamanı “Domain Administrator” ilə logon olmalıyıq.
Əks halda (normal domain istifadəçi ilə logon olduğumuz təqdirdə) aşağıdakı şəkildə bir ekranla qarşılaşarıq ki, burada heç bir əməliyyat aparmağımız mümkün olmayacaqdır.
Bu günlük bu qədər, Əziz Dostlar. Gələcək məqalələrdə görüşmək ümidi ilə!