Photoshop Actions düzəltmək

Salam dostlar.

Keçən dəfəki Photoshop ilə şəklin ölçüsünü kiçildək dərsimdə ölçünü kiçiltməyi öyrətməyə çalışdım. Photoshopda işləyərkən nəticə əldə etmək üçün uzun müddət işləməli bəzən 10-larla effekti müəyyən ardıcıllıqla tətbiq etməli oluruq. Uzun və yorucu işin sonunda maraqlı və qəşəng effektli şəkil alınır… Biz eyni effekti təkrar başqa şəkilə tətbiq etməli olanda bəs nə etməliyik? Eyni şeyləri təkrar tətbiq etməliyik təbii ki… Bəs yaxşı bu effektli şəkillərin sayı yüzlərlədirsə? Onda necə? Canımız sıxılmazmı? Sıxılar təbii ki, bezərik də…
Bunun üçün, Photoshop-da əvvəlcədən müəyyən ardıcıllıqla görülmüş əməliyyatları Action hazırlayaraq saxlamaq, sonra bu action-u müxtəlif bir və ya bir neçə şəkilə tətbiq etmək imkanımız var… Özü də cəmi bir ya iki düymə basmaqla…

Necə? İzahı bu video dərslikdədir. Resize əməliyyatı üzərində izah etmişəm. Diqqətlə baxın və Save AS əmrindən istifadə edin hər zaman, əgər hər hansı səhvlik olarsa, orijinal şəkli itirməyəsiniz 🙂

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Araz Ayyubov

Şərhlər ( 1 )

  1. Super dərslikdir. Xeyli müddətdir Photoshop işlətməyimə baxmayaraq, belə gözəl funksiyasından xəbərsiz idim.. Zehninə qüvvət..

Şərh yazın