Exchange Server 2010 “Message Classification” (Mail sinifləndirilməsi)
Salam, Əziz Dostlar. Bu məqaləmizdə “Exchange Server 2010” üzərində “Message Classification” xüsusiyyətindən bəhs edəcəyik. “Message Classification” mesaj sinifləndirilməsidir.
“Exchange server” qurulduğu zaman bu xüsusiyyət istifadəçilər tərəfindən görülməz və “default” olaraq üç sinif qurulmuş olmaqdadır. Bu sinifləri görmək üçün “EMS” (Exchange Management Shell) üzərində “Get-MessageClassification” əmrindən istifadə edilir.
Burada var olan üç sinif görülməkdədir ki, bu siniflər də “Exchange” qurularkən nümunə olaraq yaradılmış siniflərdir. Biz yeni sinif yaradacağıq və bu tip sinifləndirilmiş maillərin şirkət xaricinə göndərilməsinə qadağa tətbiq edəcəyik.
Yeni sinifləndirmə yaratmaq üçün New-MessageClassification -Name Ad -DisplayName “mətn” -SenderDescription “mətn” -RecipientDescription “mətn” əmrindən istifadə edəcəyik.
“DisplayName” bu sinifləndirməni seçərkən görəcəyimiz addır. “SerderDescription” sinifləndirməni seçdikdən sonra mail göndərən istifadəçinin görəcəyi mətn, “RecipientDescription” isə mail qəbul edəcək istifadəçinin görəcəyi mətndir.
Bu hissələr tələblərə və istəyə uyğun doldurula bilər.
Yeni sinifləndirməmizi yaratdıqdan sonra onu istifadəçilər üçün görünən vəziyyətə gətirməliyik. Və bunun üçün “Set-MessageClassification “Sinif adı” -UserDisplayEnabled $True” əmrindən istifadə edəcəyik.
Bu əmr sayəsində yaratdığımız sinifləndirmə istifadəçilərimiz üçün görünən olacaq. Əgər yenidən bu sinifləndirməni istifadədən qaldırmaq istəsək eyni əmri “Set-MessageClassification “Sinif adı” -UserDisplayEnabled $False” kimi dəyişə bilərik.
Sinifləndirməni istifadəçilər üçün görünən etdik, indi isə test maili ilə yoxlayaq.
Mail göndərərkən artıq yuxarı menyuda “Permission” düyməsinin əlavə olunduğunu görürük. Buradan yaratdığımız sinifləndirməni seçib maili göndəririk.
Şəkildən də gördüyümüz kimi təyin etdiyimiz sinifləndirmə üzrə mail göndərilmişdir.
İndi isə bu sinifləndirməyə aid olan maillərin şirkət xaricinə göndərilməsinin qarşısını alaq. Bunun üçün “Hub Transport Rule” üzərində yeni qayda yaradacağıq.
Ötən məqaləmizdə qaydaların necə yaradılması ilə tanış olduğumuza görə əlavə şərhə ehtiyac duymadan lazım olan qaydanı yaradaq.
“EMC” üzərində “Organization Configuration“->“Hub Transport” bölümündən “Transport Rules” başlığı altına keçib “New Transport rule“ əmrini seçirik.
Burada yeni yaradacağımız qaydaya ad verib, xırda bir məlumat yazmaqla davam edirik.
“Conditions” (Şərtlər) bölümündən “sent to users that are inside or outside the organization, or partners” və “marked with classification” qutucuqlarını işarələyirik.
İlk qutucuq istifadəçilərin şirkət xaricinə mail göndərə bilməmələri üçün seçilmişdir. Buna görə də aşağı pəncərədə görünən “İnside the organization” əmrini “Outside the Organizarion” seçimi ilə dəyişirik.
“Classification” (sinifləndirmə) istifadə edəcəyimizə görə bu pəncərədə “marked with classification” qutucuğunu da işarələmişik. Aşağı pəncərədə görünən “classification” seçiminə daxil olaraq yaratdığımız sinifləndirməni seçirik.
Növbəti addımda, “Actions” bölməsində “Əgər seçdiyimiz sinifləndirməyə daxil edilmiş mail şirkət xaricinə göndərilmək istənərsə”, nə baş verecəyini seçirik. Biz burada “Delete the messages without notifying anyone” (heç kəsə bildiriş olmadan mesajları silmək) qutucuğunu işarələdik ki, mail şirkət xaricinə göndərilmək istənildiyi halda silinsin.
“Exceptions” bölməsində isə əvvəlki qaydalarda olduğu kimi istisnalar tətbit etmək mümkündür ki, biz burada heç bir dəyişiklik etmədən növbəti addıma keçirik.
Bu addımda isə yaradacağımız qayda haqqında ümumi məlumatlar görünür. Və hər şey qaydasındadırsa “New” əmrini sıxaraq qaydamızı yarada bilərik.
Və son olaraq da “Finish” deyərək ardıcıllığı tamamlayırıq.
Artıq “Transport Rules” başlığı altında yeni qaydamız yaranmışdır və “technet1” sinifləndirilməsinə aid olan mailləri səhvən olsa belə şirkət xaricinə göndərdiyimiz təqdirdə bunun qarşısını alacaqdır. Beləliklə şirkət xaricinə göndərilməsini istəmədiyimiz maillər elə şirkət daxilində də qalmış olacaq.
Bu günlük bu qədər, Əziz Dostlar, gələn məqalələrdə görüşmək ümidi ilə!