Əməliyyat Sistemini Təzələdikdən sonra qalıqların təmizlənməsi
Salam dostlar. Bu məqalədə yaddaş diskini format etmədən əməliyyat sistemini təzələdikdən (upgrade) sonra qalan qalıqları necə təmizləmək lazım olduğuna baxacıq. Bu əməliyyatı etmədən öncə “köhnə” əməliyyat sistemindən qalan fayllarımızın lazımlı olanlarının köçürüldüyündən əmin oluruq. Bunun üçün sistem diskindəki windows.old qovluğuna bir daha gözdən keçirib, bu qovluqda heç bir lazımllı faylımızın olmadığından əmin oluruq.
Yaddaşdan nə qədər yer təmizlədiyimizi görmək üçün C diskindəki həcmlərə baxırıq. Görürük ki Boş yerin həcmi – 229 GB təşkil edir. Bundan sonra başlayırıq qalıqları silməyə.
Windows + R düymələrinin kombinasiyası ilə RUN açırıq. Və cleanmgr yazaraq, ENTER düyməsini basırıq.
Açılan pəncərdən sistem diskimizi seçerek OK deyirik.
Əməliyyat sistemində silinə biləcək faylların axtarışı gedir. Bu fayllara yüklənən proqram / internet faylları, oflayn veb səhifələr, səbət, müvəqqəti fayllar, eskiz və s. faylları aiddir.
Bu siyahıda silmək istədiyimiz faylları işarələyirik. Təsvir (Descripton) hissəsində seçimlərin hansı faylları siləcəyi görünür. Və Clean up system files deyərək davam edirik.
Disk clean up – ı başqa üsulla da açmaq olar. Bunun üçün, Başlat pəncərəsindən sağ yuxarı küncə gələrək Axtar (Search) deyirik. Axtar pəncərəsində Parametrlər (Setting) işarələyərək axtarış yerinə free up disk yazırıq. Free up disk space deleting unnecessary files – seçərək eyni yerə gəlib çıxa bilərik.
Sonra 4 və 5-ci şəkillərdəkini təkrar edirik.
Disk clean up-da Öncəki Windows faylları, Təzələmə (Update) faylları kimi əlavə seçimlərin olduğunu görürük. Təzələmə zamanı Microsoft saytından endirilən müvəqqəti faylları da silərək yaddaş həcminin israfından qurtuluruq. Və Öncəki Windows fayllarını da qeyd edirik.
Silməkdən əmin olduğumuzu Faylları Sil (Delete Files) deyərək təsdiqləyirik.
Siz bütün faylları köçürtməyi unutmamısınız ki? 😉 -Xeyir. O zaman aşağıdakı pəncərənin Faylları sildiyini rahat deyə bilərəm.. Və beləliklə Köhnə Əməliyyat Sistemindən qalan fayllarla vidalaşırıq.
Və komanda ilə işləməyi sevənlər üçün CMD-də RD /S /Q C:\windows.old deyərək qalıqları silə bilərik.
Qeyd: CMD əmrləri haqqında bu keçiddən məlumat ala bilərsiniz.
Və təbii ki, həcmləri müqayisə edərək 15 GB həcm təmizlədiyimizi görürük.
Dostlar, bu məqaləni də belə yekunlaşdırdıq. Məqalənin mövzusu son istifadəçilər üçün lazımlı ola bilər. Təcrübəmizdən bilirik ki, “Bu faylları silmək olarmı?”, “Silinərsə əməliyyat sisteminin sabitliyi pozularmı?” – kimi suallarla çox olur. Paylaşaq ki, bilməyən dostlarımız da bilsinlər. Güman edirəm ki, Sizi çox yormadım.. Sağ olun.
_______________________
Bilik paylaşdıqca artan sərvətdir. Sərvətimizi artıraq!
İlk olaraq sistem diskində