Exchange Server 2010 “Anti-Spam” konfiqurasiyası (2)

Salam, Əziz Dostlar. “Anti-Spam” konfiqurasiyası məqaləmizin ikinci hissəsindəyik.

Content Filtering“, “IP Allow List Providers” və “IP Block List Providers” xüsusiyyətləri ilə əvvəlki məqaləmizdə tanış ola bilərsiniz.

Recipient Filtering” bölməsində alıcılara görə qadağa qoya bilərik. Yəni göndərdiyimiz mail ünvanı bu bölmədə qeyd olunan maillər sırasında varsa, həmin mail bloklanacaq.

Recipient Filtering” ->”Blocked Recipients” başlığı altında iki qutucuq görülməkdədir. “Block messages sent to recipients that do not exist in the directory” qutucuğu işarələndiyi təqdirdə bizim “domain”-ə daxil olmayan bütün maillər bloklanacaq.

Anti-Spam configuration10

Block messages sent to the following recipients” vasitəsilə qadağa qoymaq istədiyimiz mail adreslərini daxil edə bilərik.

Sender Filtering” bölməsində isə göndərici mail ünvanına görə qadağa təyin edə bilərik.

Anti-Spam configuration13

Blocked Sender” bölməsində “Add” düyməsini sıxaraq yalnız mail ünvanlarını və ya “domain” ünvanlarını daxil edə bilərik. “Include all subdomains” qutucuğunu işarələmiş olsaq, daxil etdiyimiz domain-ə aid bütün alt domain-lər də bloklanmış olacaq. “Block messages that dont have sender information” qutucuğu adından da göründüyü kimi göndərənə aid informasiya olmadıqda maili bloklayır.

Action” bölməsində isə qeyd etdiyimiz ünvanlardan mail gələrsə, “Exchange Server“-imizin nə qərar verəcəyini təyin edirik.

Anti-Spam configuration14

When a sender appears in the Blocked Senders, take the following action” (Göndərən mail ünvanı Blok listə daxildirsə, seçilmiş əməliyyatı icra et) başlığı altındakı iki əmrdən birini seçə bilərik. “Reject message” seçərsək mesaj ləğv olunur. “Stamp message with blocked sender and continue processing” seçdiyimiz halda mail bloklanmış göndərici kimi işarələnir və əməliyyat davam etdirilir.

Sender ID” bölümündən isə “PRA” (Purported Responsible Address), “SPF” (Sender Policy Framework) məlumatının olub olmamasına görə qadağalar tətbiq olunur. (Bu məlumatlar haqqında daha geniş məqaləmiz olacaq)

(http://www.microsoft.com/mscorp/safety/content/technologies/senderid/wizard/)

(http://technet.microsoft.com/en-us/library/aa997242%28v=exchg.141%29.aspx)

Anti-Spam configuration15

Exchange Server“-imiz mail qəbul edərkən göndərilən serverdən “PRA” və “SPF” kmi məlumatlarını da tələb edir. Əgər bu məlumatlar yoxdursa “Action” bölməsindən seçdiyimiz bənd üzrə əməliyyat davam etdirilir.

Reject message” (mail qəbul olunmur), “Delete message” (mail silinir), “Stamp message with Sender ID result and continue processing” (mail, Sender ID nəticələri ilə birlikdə qeyd olunur və əməliyyat davam etdirilir) qutucuqlarından (istəyə görə) birini seçə bilərik.

Sender Reputation” bölməsində isə spam gələn “IP” ünvanlarını bloklaya bilərik.

Anti-Spam configuration16

Sender Confidence” bölməsindən “Proxy IP” olub-olmadığını yoxlamaq üçün ” Perform an open proxy test when determining sender confidence level” qutucuğunu işarələyə bilərik.

Action” bölməsində isə “SCL” dəyərinə görə “IP” ünvanı təyin etdiyimiz müddət ərzində bloklanır.

Anti-Spam configuration17

Burada təyin etdiyimiz “SCL” dəyərində ardıcıl olaraq eyni “IP” ünvanından şirkətimizə mail göndərilərsə, həmin “IP” ünvanı təyin etdiyimiz müddət ərzində bloklanacaq.

Organization Configuration“->”Hub Transport” rule altında “Anti-Spam” başlığına daxil olan iki xüsusiyyət vardır ki, bunlar da “IP Allow List” və “IP Block List” xüsusiyyətləridir. Hər iki xüsusiyyət “Server Configuration“->”Hub Transport” bölməsində “Anti Spam” başlığı altından konfiqurasiya edilir.

Anti-Spam configuration19

IP Allow List“-də hec bir qadağanın tətbiq olunmasını istəmədiyimiz “IP” ünvanlarını daxil edə bilirik.

Anti-Spam configuration20

Qadağa qoyulan “IP” ünvanları isə “IP Block List” xüsusiyyətinə “Blocked Addresses” başlığı altına daxil edərək həmin “IP” ünvanlarından gələn mailləri bloklaya bilərik.

Anti-Spam configuration21

Hətta burada “Block until data and time” qutucuğunu işarələyib “IP” ünvanın hansı müddətə qədər bloklanacağını da təyin etmə imkanımız vardır.

Organization Configuration“->”Hub Transport” rule altında “Anti-Spam” başlığına keçərək istədiyimiz funksiyanı deaktiv edə bilərik.

Anti-Spam” xüsusiyyətini silmək üçün isə “uninstall-AntispamAgents.ps1” “script“-indən istifadə edə bilərsiniz.

Anti-Spam configuration22

Bunun üçün “Anti-Spam” qurulmasında göstərdiyimiz ardıcıllıq üzrə davam etmək lazımdır.”Script” faylı “Exchange Management Shell” üzərində işlətdikdən sonra “Exchange” servislərinə “restart” verərək quraşdırılmanın ləğvini həya keçirə bilərsiniz.

Bu günlük bu qədər, Əziz Dostlar. Gələn məqalələrdə görüşmək ümidi ilə.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın