Elektrik

İki cisimin bir-birinə sürtünməsiylə, sıxışdırma kimi hər hansı bir mexaniki təsir əsnasında və ya istiliyin bəzi kristallara olan təsiri səbəbiylə meydana gələn və təsirini çəkmə, itələmə, mexaniki, kimyəvi və ya istilik hadisələri şəklində göstərən bir enerji növüdür.

1

VOLT

Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur.Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur.

2

Watt, BS-də güc vahididir. Buxar maşını icadçısı Ceyms Watta (1736-1819)BS-də vahid sistemində güc vahidi olaraq qəbul edilmişdir. Enerji çevrilməsi nisbətini ölçən vahiddir. Joule(J) böl saniyə(t) olaraq təyin olunar. Qısaca W hərfiylə göstərilir.

3

4

Tezlik

 Hertz-saniyə başına düşən dövr sayını ifadə edər. 1 Hertz saniyədə bir dövr və ya 1 MHz saniyə başına bir milyon (1,000,000/s) dövr şəklində təyin olunar.

1 Hz = 1 s üsdü 1

 Bu vahid hər hansı bir periodik hadisəyə uyğunlaşdırıla bilər. Məsələn; bir insan ürəyi 1.2 Hz ilə atır. Kompyuter parçaları arasındakı məlumat axını ilə RAM və Prosessor(CPU) kimi parçaların sürətləri MHz (106 Hz) və ya GHz (109 Hz) olaraq ifadə edilər.

5

AC-Alternating current-Dəyişən cərəyan

DC-Direct current-Sabit cərəyan

6

Dəyişən Cərəyan

Əgər cərəyanın şiddəti və istiqaməti zamandan asılı olaraq dəyişirsə onda söhbət dəyişən cərəyandan gedir. Bu dəyişmə çox vaxt periodik olaraq baş verir və cərəyan tezliyi ilə xarakterizə olunur. Dəyişən cərəyan gərginliyi transformatorların köməyi ilə istənilən həddə dəyişilə bilirlər.Dəyişən cərəyan tezliyi Avropa ölkələrində 50 Hs, şimali Amerikada və Yaponiyada isə bu rəqəm 60 Hs-dir. Dəyişən cərəyanın başqa foması üç fazalı cərəyandır. Bu sadə quruluşa malik elektrik mühərriklərini düzəltməyə imkan verir.Mənzillərin işıqlanma şəbəkəsində, zavod və fabriklərdə istifadə olunan dəyişən cərəyan məcburi elektromaqnit rəqsləri kimi də xarakterizə oluna bilər. Cərəyan şiddəti və gərginlik zamana görə harmonik qanunla dəyişir. Elektrik dövrəsinin uclarında gərginlik harmonik qanunla dəyişirsə, onda naqilin daxilində elektrik sahəsinin intensivliyi də harmonik qanunla dəyişəcəkdir. Elektrik sahəsi intensivliyinin belə harmonik şəkildə dəyişməsi yüklü zərrəciklərinin nizamlanmış hərəkət sürətinin harmonik rəqslərinə səbəb olacaqdır. Elektrik dövrəsinin uclarında gərginlik dəyişən zaman elektrik sahəsi bütün dövrədə ani olaraq dəyişmir. Elektrik sahəsinin dəyişməsi çox böyük, lakin sonlu sürətlə yayılır.

 Sabit Cərəyan

Bu cərəyan zamandan asılı olaraq sabit gərginliyə və istiqamətə malikdir. Bütün məişət cihazları (radio, televizor, kompyüter, pataryuyanmaşın)sabit cərəyanla işləyirlər. Evlərdə tətbiq olunan sabit cərəyan dəyişən cərəyandan alınır. Bunun üçün xüsusi çevricilərdən istifadə olunur. Əksər hallarda isə bir başa sabit cərəyan verən mənbələrdən (batareya,fotoelementlər) alınır.

7

Müəllif: Sənan Quluzadə

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: TechNet Bot

Şərh yazın