Məlumat bazası yaratmaq (Create Database)
Salam dostlar. Bu və növbəti məqalələrdə artıq SQL-in nəzəri hissəsindən praktik izahlara keçməyi planlaşdırırıq. Beləliklə bu istiqamətdə ilk mövzumuz məlumat bazasının yaradılmasıdır. Bunu SQL Server 2012 üzərində izah edəcəm. Digər serverlər də buna uyğundur (Qeyd*: 2005 və daha aşağı versiyalarda şəkillərdə göstəriləcək menuların yeri və T-SQL ilə yazılacaq komandaların sintaksisində fərqlilik ola bilər).
Məlumat bazasını (Database) 2 asan yolla yaratmaq mümkündür. Bunlardan birincisi Managment Studio-nun ağacvari menusundan istifadə etməklə, 2-si isə T-SQL komanda ilə yaratmaqdır.
[highlight]I variant:[/highlight]1. Ağacvari menudan Databases qovluğunun üzərinə gəlirik:
2.Mousun sağ düyməsini sıxaraq açılan menudan Yeni Məlumat bazası (New Database) sətrini seçirik.
3. Açılan pəncərədə Məlumat bazamızın adını yazıb OK düyməsini sıxırıq. (Bu bölmədəki digər parametrləri növbəti dərslərimizdə izah edəcəyik. Siz hələlik onları olduğu kimi saxlayın.)
4. Artıq bazamız hazırdı. Lakin siz onu ağacvari menuda görmək üçün gərək menunu yeniləyəsiniz. Bunun üçün yenə də Databases sətri üzərində sağ düyməni sıxıb “Refresh” menusunu seçirik:
Bundan sonra yeni yaratdıgımız baza ağacvari menuda görsənəkdir.
[highlight]II variant.[/highlight]1. Managment Studionun yuxarı menu panelindən Yeni sorğu ( “New query” ) düyməsini sıxırıq. Açılan pəncərədə aşağıdakı sintaksisi daxil edib çalışdırırıq.
2. Burada qeyd etdiyimiz “Test” sözü yeni bazamıza vermək istədiyimiz addır.
3. Yeni yaranmış bazanı Ağacvari menuda (Object Explorer) görmək üçün, əvvəlki 4-cü addımda olduğu kimi yeniləmək lazımdır. Və budur, bazamız hazırdı.
Növbəti dərsimizdə baza üzərindəki əməliyyatların cəmləşdiyi 2 qrupdan (DML, DDL) bəhs edəcəyik.
Uğurlar hərkəsə.
Şərhlər ( 3 )
Təşəkkürlər.
GUİ interface-dən başqa command line vasitəsilə (məsələn mysqldəki kimi) bunu həyata keçirmək olarmı?
Öncədən Minnətdaram!
Salam. Təbii ki Sql Server Sql ve T-Sql dili vasitəsi ilə proqramlaşdırmaya açıqdır və əmirlər vasitəsi ilə də verilənlər bazasını yaradmaq mümkündür.
Təşəkkür edirəm